Masallı rayonunun Qasımlı kəndində, əsas yoldan təxminən 5 km məsafədə, kəndin kənarında yerləşən ferma satışa çıxarılıb. Ümumi ərazisi 7 hektardır.
Ərazidə yeni tikilmiş yaşayış evi mövcuddur. Torpaq sahəsinin 3 tərəfindən ilboyu qurumayan Viləş çayı axır. Fermada uzunluğu 80 metr, eni 15 metr olan tikili var və burada 50 baş iri buynuzlu, 200 baş xırda buynuzlu heyvan saxlamaq üçün şərait yaradılıb.
Həyətdə əlavə olaraq biznes üçün istifadə oluna biləcək tikililər mövcuddur. Ərazidən keçən su mənbəyi şirin sudur. Həyətdə yay istirahəti üçün nəzərdə tutulmuş sahə də var.
Ferma uzun illərdir fəaliyyət göstərir və hazır biznes qurmaq üçün əlverişli imkandır. Satış səbəbi maliyyə ehtiyacıdır. Bütün sənədlər, o cümlədən çıxarış (kupça) mövcuddur. Real alıcı ilə qiymətdə razılaşmaq mümkündür.
© Sehriyar · evv.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.