Torpaq Qubanın gözəl kəndlərindən biri olan İkinci Nügədidə yerləşir. 9-cu məhəllə, asfalt yoldan birinci küçədir. Gözəl havası və mənzərəsi olan sakit ərazidə yerləşir. Torpaq tam mərkəzdədir və bütün istirahət məkanlarına rahat çıxış imkanı var. Çənlibel gölü, Macəra otel, Cənnət bağı, Təngəaltı, Qəçrəş və digər istirahət yerlərinə yaxındır.
Torpaq tikinti təyinatlıdır, şəxsi mülkiyyətdir. Kupçası (çıxarışı) mövcuddur. İşıq və qaz çəkilib, sayğaclar quraşdırılıb. Əvvəllər torpaq sahəsində ev olub, həmin evin də kupçası və texniki pasportu var.
Qısacası, sənədli torpaq alıb rahat şəkildə ev tikmək və özün üçün kənd həyatını yaşamaq mümkündür. Torpaq özümə məxsusdur, vasitəçi deyiləm. Real marağı olan şəxslər WhatsApp vasitəsilə yaza bilər, istəsə video və konum göndərə bilərəm.
Torpaq sahəsi 9 sotdur, münbit və nəsildən qalma torpaqdır. Sənədləşmə və adınıza keçirilmə xərcləri mənim tərəfimdən ödəniləcək.
© Elan sahibi · evv.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.