TEH TPS734-1B – bağçılıq işlərini sürətli, təhlükəsiz və minimum əmək sərfi ilə həyata keçirmək üçün nəzərdə tutulmuş profesional akkumulyatorlu budama sekatorudur. Güclü 20V brushless (kömürsüz) mühərrik sayəsində həm güclü, həm də uzunömürlü işləmə təmin edir. Brushless texnologiyası cihazın qızmasının qarşısını alır, enerji sərfiyyatını azaldır və kəsim sürətini sabit saxlayır. Maksimum 35 mm kəsmə qabiliyyəti ilə meyvə ağacları, üzüm budaqları, dekorativ bitkilər və digər bağ təsərrüfatlarında geniş istifadə olunur. Kəskin bıçaqları təmiz və səliqəli kəsik təmin edir, bitkinin inkişafına zərər vermir. Erqonomik tutacaq, yüngül çəkisi və portativ dizaynı bu aləti bağ işləri ilə məşğul olanlar üçün ideal seçimə çevirir. Texniki Göstəricilər Model: TEH TPS734-1B Gərginlik: 20V Mühərrik: Brushless (kömürsüz) Maksimal kəsmə diametri: 35 mm Qidalanma: Akkumulyator (20V batareya ilə işləyir) Tətbiq sahəsi: Bağçılıq, ağac budaması, üzüm bağı, gül kolları, dekorativ bitkilər Tutacaq: Erqonomik, sürüşməyə davamlı Təhlükəsizlik: İkiqat qoruma mexanizmi