Prayk
Anbar Müdiri (Təsərrüfat, təchizat və dəstək şöbəsinin müdiri) — Nəqliyyat, logistika, anbar
1 500 ₼

Anbar Müdiri (Təsərrüfat, təchizat və dəstək şöbəsinin müdiri)

VerifiedYesterday
Date
Views
22
Number
№6185410

Description

Vəzifə öhdəlikləri Anbar fəaliyyətinin gündəlik idarə olunmasını və iş proseslərinin düzgün təşkilini təmin etmək; Məhsulların qəbulu, saxlanılması, yerləşdirilməsi və göndərilməsinə nəzarət etmək; Anbara daxil olan və anbardan çıxan məhsulların uçotunu aparmaq; Məhsul qalıqlarına, ehtiyatların hərəkətinə və inventarizasiyaya nəzarət etmək; Gündəlik, həftəlik və aylıq anbar hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək; 1C proqramında anbar əməliyyatlarını və müvafiq sənədləşməni aparmaq; Anbar sənədlərinin düzgünlüyünü və məlumatların sistemə vaxtında daxil edilməsini təmin etmək; Məhsul itkilərinin, uyğunsuzluqların və uçot fərqlərinin qarşısını almaq; Anbar əməkdaşlarının işini təşkil etmək və fəaliyyətlərinə nəzarət etmək; Anbarda səliqə-sahmana, təhlükəsizlik və daxili intizam qaydalarına riayət olunmasını təmin etmək; Digər struktur bölmələrlə koordinasiyalı şəkildə işləmək. Namizədə tələblər Anbar sahəsində iş təcrübəsi; Rəhbər vəzifədə min 3 il iş təcrübəsi olan namizədlərə üstünlük verilir; 1C proqramı üzrə yaxşı bilik və praktiki iş bacarığı; Microsoft Office proqramlarında, xüsusilə Excel-də işləmək bacarığı; Anbar uçotu, inventarizasiya və hesabatların hazırlanması üzrə biliklər; Məhsul qalıqlarının və anbar ehtiyatlarının idarə olunması bacarığı; Yüksək məsuliyyət, diqqətlilik və təşkilatçılıq qabiliyyəti; İdarəetmə, komanda ilə işləmək və operativ qərarvermə bacarığı. Üstünlük hesab olunur Qida və ya dəniz məhsulları sahəsində anbar idarəçiliyi təcrübəsi; Tez xarab olan məhsulların saxlanması və temperatur rejiminə nəzarət üzrə biliklər; Məhsulların saxlanma müddətinə və yararlılıq tarixlərinə nəzarət təcrübəsi; FIFO (ilk daxil olan məhsulun ilk çıxarılması) və FEFO (yararlılıq müddəti daha tez bitən məhsulun ilk çıxarılması) prinsiplərini bilmək və tətbiq etmək bacarığı; Anbar proseslərinin optimallaşdırılması və məhsul itkilərinin azaldılması üzrə təcrübə. İş şəraiti Əmək haqqı: 1 500 AZN; 6 günlük iş həftəsi; İş yeri: Lökbatan, Meyvəli ərazisi; Peşəkar və dinamik iş mühitində çalışma imkanı. Vakansiya ilə maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına təqdim edə bilərlər. Maaş: 1500 AZN Son müraciət tarixi: 20.12.2026 Müraciət: https://jobsearch.az/vacancies/galeon-seafood-mmc-anbar-mudiri-teserrufat-techizat-ve-destek-sobesinin-mudiri-156611
ADVERTISEMENT