Prayk
Anbar Yoxlama və Nəzarət Bölməsinin Rəhbəri — Nəqliyyat, logistika, anbar
800 ₼

Anbar Yoxlama və Nəzarət Bölməsinin Rəhbəri

Verified2 weeks ago
Date
Views
44
Number
№5507310

Description

AT-Geotech şirkətlər qrupuna daxil olan müəssisələrdən birində Anbar Yoxlama və Nəzarət Bölməsinin Rəhbəri vəzifəsi üzrə vakansiya elan olunur. Əsas vəzifə öhdəlikləri: Anbar Menecerinin tapşırıqları əsasında yoxlama planını hazırlamaq və icrasını təşkil etmək; Bölmə əməkdaşları arasında iş bölgüsünü aparmaq və onların fəaliyyətinə nəzarət etmək; Mərkəzi anbar, layihə anbarları və layihə sahələrində aparılan yoxlama proseslərinə rəhbərlik etmək; Fiziki anbar qalıqlarının ERP sistemindəki məlumatlarla uyğunluğunu yoxlamaq; Məhsulların layihələrə və sahələrə düzgün verilməsinə nəzarət etmək; Məhsul hərəkətlərinin müvafiq sənədlər əsasında rəsmiləşdirilməsini yoxlamaq; SRF, PRF, təhvil-təslim və digər sənədlərdəki məlumatları faktiki məhsul hərəkətləri ilə müqayisə etmək; Sistem və fiziki qalıqlar arasında yaranan fərqləri, artıq və əskik məhsulları, eləcə də sistemdə düzgün əks olunmayan məlumatları müəyyən etmək; Aşkar edilmiş uyğunsuzluqların səbəblərinin araşdırılmasını təşkil etmək və onların aradan qaldırılması üzrə tədbirlərin icrasına nəzarət etmək; Aparılan yoxlamaların nəticələrini ümumiləşdirmək, gündəlik, həftəlik və zəruri hallarda aylıq hesabatlar hazırlamaq; Yoxlama nəticələri və aşkar edilmiş problemlər barədə birbaşa Anbar Menecerinə məlumat vermək; Anbar Menecerinin digər yoxlama və nəzarət tapşırıqlarını yerinə yetirmək. Namizədə dair tələblər: Anbar təsərrüfatı, inventarizasiya və ya müvafiq sahə üzrə 2-3 il iş təcrübəsi; Ezamiyyətlərdə iştirak etmək imkanı və ezamiyyətə açıq olmaq; MS Office proqramlarından, xüsusilə MS Excel-dən sərbəst istifadə bacarığı; Analitik düşünmə, məlumatları təhlil etmə və hesabat hazırlama bacarığı; Yüksək məsuliyyətlilik, diqqətlilik və punktuallıq; Komanda idarəetmə və təşkilatçılıq bacarıqları. Əmək şəraiti: İş yeri: Xırdalan şəhəri İş qrafiki: 5 günlük, 09:00–18:00 Əməkhaqqı: 800–1000 AZN Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində vakansiya adını qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Maaş: 800 AZN Son müraciət tarixi: 02.12.2026

© AT - Geotech MMC jobsearch.az — The text, photos and other materials of this listing belong to their rights holders.

The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.

ADVERTISEMENT
WhatsApp