
2
Anbarların İdarəedilməsi üzrə menecer

Negotiable
Anbarların İdarəedilməsi üzrə menecer
VerifiedToday
Date
Views2
Number№5172651
Description
Təsvir
Şirkətin anbar fəaliyyətini və anbar komandasının işini planlaşdırmaq, təşkil etmək və nəzarətdə saxlamaq.
Malların qəbulu, yerləşdirilməsi, saxlanması və buraxılışını müvafiq sənədlər və təsdiqlər əsasında təmin etmək.
Anbar əməliyyatlarının 1C/ERP sistemində vaxtında və düzgün əks etdirilməsinə, fiziki qalıqlarla uçot məlumatlarının uyğunluğuna nəzarət etmək.
Dövri sayımların və inventarizasiyanın təşkilini, aşkar edilmiş fərqlərin səbəblərinin araşdırılmasını və düzəldici tədbirlərin icrasını təmin etmək.
Anbar sahələrindən səmərəli istifadəni, təhlükəsiz saxlama şəraitini və əməyin təhlükəsizliyi (SƏTƏM) tələblərinə riayət olunmasını təmin etmək.
Hərəkətsiz, zəif dövriyyəli və yararlılıq müddəti yaxınlaşan ehtiyatları izləmək, aidiyyəti bölmələrlə tədbirlər hazırlamaq və rəhbərliyə hesabat təqdim etmək.
Tələblər
Təhsil: Ali təhsil (İqtisadiyyat, Logistika, Təchizat zəncirinin idarəedilməsi və ya digər uyğun ixtisaslar).
Təcrübə: Anbar və ya logistika sahəsində 10 il iş təcrübəsi.
İT üzrə biliklər: MS Office və 1C Enterprise proqramı üzrə biliklər.
Texniki bacarıqlar
Anbar əməliyyatlarının təşkili və idarə edilməsi üzrə biliklər.
Malların qəbulu, yerləşdirilməsi, saxlanması və buraxılışı proseslərini idarə etmək bacarığı.
Anbar uçotu, inventarizasiya və qalıqların uzlaşdırılması üzrə biliklər.
1C/ERP sistemlərində əməliyyatların düzgün əks etdirilməsi bacarığı.
Anbar sənədləşməsi və sənəd dövriyyəsi qaydalarını bilmək.
Əməyin mühafizəsi və təhlükəsizlik tələbləri üzrə biliklər.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
Nahar təminatı
Könüllü tibbi sığorta (bütün ailə üzvlərini əhatə edən)
Servislə təmin olunur
Təlim dəstəyi
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Son müraciət tarixi: 26.11.2026
Listing source
Open the original listing© Grand Agro MMC jobsearch.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.
ADVERTISEMENT



