Prayk
Aparıcı layihə meneceri (Rəqəmsal məhsulların inkişafı) — İnzibati personal, Bakı
Negotiable

Aparıcı layihə meneceri (Rəqəmsal məhsulların inkişafı)

Verified5 days ago
City
Bakı
Date
Views
24
Number
№4848546

Description

İRİA-nın Rəqəmsal məhsullar departamentinə qoşulmaq üçün məhsul idarəetmə bacarıqlarına malik güclü Layihə meneceri axtarırıq. Bu vəzifə mygov platformasının yeni G2B (Dövlət – Biznes) istiqamətində aparılan təşəbbüslərin idarəetməsini öz üzərinə götürəcək. Rolun əsas məqsədi sahibkarlar və bizneslər üçün dövlət xidmətlərinin rəqəmsallaşdırılmasını təmin etmək, dövlət platformaları ilə özəl sektor arasında inteqrasiyanı gücləndirməkdir. Məhsulun ümumi vizyonunu formalaşdırmaq, dəyər təklifini müəyyənləşdirmək və onun həyata keçirilməsini təmin etmək.Məhsulun beynəlxalq vendor ilə birgə yaradılaraq idarə olunmasını təmin etmək; statusların izlənməsi, risklərin və asılılıqların idarə edilməsi, layihə planının yerinə yetirilməsinə nəzarət etmək.Layihə sənədlərini (Project Charter, Roadmap, Risk Register, Stakeholder Map və s.) hazırlamaq, yeniləmək və idarə etmək; mərhələlərin (milestone) uğurlu icrasını və effektiv hesabatlılığı təmin etmək.Büdcə, resurs, keyfiyyət və vaxt çərçivələrini effektiv idarə etmək, dəyişikliklərə qarşı çevik qərarlar qəbul etmək.Tapşırıqları və komanda fəaliyyətini layihə idarəetmə alətləri (Jira, Confluence və s.) vasitəsilə planlaşdırmaq, prioritetləşdirmək və izləmək.Maraqlı tərəflərlə (dövlət qurumları, vendor, texniki və məhsul komandaları) koordinasiyanı təmin etmək; qarşılıqlı gözləntiləri və qərarvermə prosesini idarə etmək.Effektiv və müasir təqdimatlar hazırlamaqla, məhsul/layihə barədə məlumatlılığı təmin etmək.Layihənin keçid mərhələsini məhsula çevrilməyə hazırlamaq — davamlı inkişaf, ölçülə bilən nəticələr və istifadəçi yönümlü məhsul idarəçiliyi üçün əsasları qurmaq.Backlog-u formalaşdırmaq və idarə etmək; məhsul komandası üçün tapşırıqları müəyyənləşdirmək, user story və acceptance kriteriyaları hazırlamaq, davamlı inkişaf prosesini idarə etmək.Mümkün olduqca Agile metodologiyalarını (Scrum, Kanban) tətbiq etmək, məhsul və icra proseslərinin müvafiq metriklərini izləmək, təkmilləşdirmə imkanlarını müəyyənləşdirib həyata keçirmək.Layihə və məhsul strategiyasını KPI-lar və təşkilatın rəqəmsal strategiyası ilə uyğunlaşdırmaq, normativ və hüquqi tələblərə riayət olunmasını təmin etmək.Qeyri-müəyyənlik şəraitində struktur və prioritetlər formalaşdırmaq, innovativ və çevik yanaşmalar tətbiq etmək.Komanda motivasiyasını və əməkdaşlıq mühitini qorumaq; məsuliyyət, şəffaflıq və hesabatlılıq mədəniyyətini təşviq etmək. Vakansiya növü: Tam ştat Şirkət: İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Yer: Bakı, Azərbaycan Müraciət: https://jobs.glorri.com/vacancies/idda/idda-aparici-layihe-meneceri-reqemsal-mehsullarin-inkisafi-72358888/apply
ADVERTISEMENT