
4
Aparıcı layihə meneceri (Rəqəmsal məhsulların inkişafı)
Aparıcı layihə meneceri (Rəqəmsal məhsulların inkişafı)
Negotiable
Verified6 days ago
Date
Views4
Number№4853379
Description
Təsvir
İRİA-nın Rəqəmsal məhsullar departamentinə qoşulmaq üçün məhsul idarəetmə bacarıqlarına malik güclü Layihə meneceri axtarırıq. Bu vəzifə mygov platformasının yeni G2B (Dövlət – Biznes) istiqamətində aparılan təşəbbüslərin idarəetməsini öz üzərinə götürəcək. Rolun əsas məqsədi sahibkarlar və bizneslər üçün dövlət xidmətlərinin rəqəmsallaşdırılmasını təmin etmək, dövlət platformaları ilə özəl sektor arasında inteqrasiyanı gücləndirməkdir.
Vəzifə öhdəlikləri
Məhsulun ümumi vizyonunu formalaşdırmaq, dəyər təklifini müəyyənləşdirmək və onun həyata keçirilməsini təmin etmək.
Məhsulun beynəlxalq vendor ilə birgə yaradılaraq idarə olunmasını təmin etmək; statusların izlənməsi, risklərin və asılılıqların idarə edilməsi, layihə planının yerinə yetirilməsinə nəzarət etmək.
Layihə sənədlərini (Project Charter, Roadmap, Risk Register, Stakeholder Map və s.) hazırlamaq, yeniləmək və idarə etmək; mərhələlərin (milestone) uğurlu icrasını və effektiv hesabatlılığı təmin etmək.
Büdcə, resurs, keyfiyyət və vaxt çərçivələrini effektiv idarə etmək, dəyişikliklərə qarşı çevik qərarlar qəbul etmək.
Tapşırıqları və komanda fəaliyyətini layihə idarəetmə alətləri (Jira, Confluence və s.) vasitəsilə planlaşdırmaq, prioritetləşdirmək və izləmək.
Maraqlı tərəflərlə (dövlət qurumları, vendor, texniki və məhsul komandaları) koordinasiyanı təmin etmək; qarşılıqlı gözləntiləri və qərarvermə prosesini idarə etmək.
Effektiv və müasir təqdimatlar hazırlamaqla, məhsul/layihə barədə məlumatlılığı təmin etmək.
Layihənin keçid mərhələsini məhsula çevrilməyə hazırlamaq — davamlı inkişaf, ölçülə bilən nəticələr və istifadəçi yönümlü məhsul idarəçiliyi üçün əsasları qurmaq.
Backlog-u formalaşdırmaq və idarə etmək; məhsul komandası üçün tapşırıqları müəyyənləşdirmək, user story və acceptance kriteriyaları hazırlamaq, davamlı inkişaf prosesini idarə etmək.
Mümkün olduqca Agile metodologiyalarını (Scrum, Kanban) tətbiq etmək, məhsul və icra proseslərinin müvafiq metriklərini izləmək, təkmilləşdirmə imkanlarını müəyyənləşdirib həyata keçirmək.
Layihə və məhsul strategiyasını KPI-lar və təşkilatın rəqəmsal strategiyası ilə uyğunlaşdırmaq, normativ və hüquqi tələblərə riayət olunmasını təmin etmək.
Qeyri-müəyyənlik şəraitində struktur və prioritetlər formalaşdırmaq, innovativ və çevik yanaşmalar tətbiq etmək.
Komanda motivasiyasını və əməkdaşlıq mühitini qorumaq; məsuliyyət, şəffaflıq və hesabatlılıq mədəniyyətini təşviq etmək.
Tələblər
Ali təhsil (İT, biznes idarəçiliyi, layihə idarəetməsi və ya müvafiq sahə üzrə);
Rəqəmsal layihələrin idarə olunması sahəsində minimum 4 il iş təcrübəsi(dövlət və biznes/korporativ istiqamətlər üstünlükdür).
Qanunvericilik aktlarının məhsul proseslərinə tətbiqini başa düşmək və təmin etmək bacarığı.
G2C/G2G/G2B məhsullarının idarə olunmasında praktiki təcrübə arzuolunandır
Müasir veb arxitekturalar: mikoservislər, API-lər üzərindən inteqrasiya, vahid giriş (SSO) və s. üzrə biliklər.
Texniki həlləri qiymətləndirmək, sistem analizi aparmaq, məhsul tələbləri (PRD) və yenidən dizayn sənədləri hazırlamaq bacarığı.
Strateji yol xəritəsi hazırlama və yüksək səviyyəli maraqlı tərəflərlə iş üzrə bacarıq.
Yazılı və şifahi ingilis dili biliyi vacibdir (rus dili üstünlükdür).
PMI ACP, PMP və ya oxşar beynəlxalq sertifikatların olması mütləqdir; PRINCE2 (üstünlükdür)
Texniki alətlər: MS Project, Jira, Clickup, AI modelləri və s. ilə işləmə təcrübəsi.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Son müraciət tarixi: 19.11.2026
Listing source
Open the original listing© İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi jobsearch.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.
ADVERTISEMENT












