
2
Aparıcı Mütəxəssis
Aparıcı Mütəxəssis
1 000 ₼
VerifiedToday
Date
Views2
Number№5884520
Description
Azərbaycan Fintex Assosiasiyası İctimayi Birliyi (Azfina) komandasına Aparıcı Mütəxəssis” vakansiyası üzrə işə qəbul elan edir.
Əsas vəzifə öhdəlikləri
Assosiasiyanın layihə, proqram, tədbir və digər fəaliyyətləri üzrə iş planlarının və fəaliyyət qrafiklərinin hazırlanmasını, icrasını və monitorinqini həyata keçirmək;
Müvafiq fəaliyyətlər üzrə iştirakçıların, üzvlərin və tərəfdaşların cəlb edilməsini və müəyyən edilmiş müddətlərə riayət olunmasını təmin etmək;
Layihə və proqramların icrası zamanı yaranan təşkilati məsələləri, riskləri və gecikmələri müəyyənləşdirmək, onların həlli üzrə müvafiq tədbirlər görmək;
Assosiasiyanın tədbir, təlim, seminar, işgüzar görüş və maarifləndirmə təşəbbüslərinin təşkilini və həyata keçirilməsini təmin etmək;
Fintex sektoru üzrə araşdırmaların, analitik hesabatların və digər tədqiqat təşəbbüslərinin icrasını, məlumatların toplanması prosesini və nəticələrin vaxtında hazırlanmasını təmin etmək;
Layihə və digər fəaliyyətlər üzrə büdcə icrasını və resurslardan istifadəni izləmək, icra vəziyyəti və əldə edilmiş nəticələr barədə rəhbərliyə mütəmadi məlumat vermək;
Həyata keçirilən fəaliyyətlər üzrə hesabatları, təqdimatları və digər sənədləri hazırlamaq;
Layihə reyestrini, fəaliyyət və tədbir təqvimini, iş planlarını və müvafiq sənədləri aktual saxlamaq;
Fəaliyyətlərin nəticələrinin qiymətləndirilməsini, iştirakçı və tərəfdaş rəylərinin toplanmasını və gələcək təşəbbüslərin təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq.
Namizədə tələblər
Təhsil və iş təcrübəsi
Ali təhsil — iqtisadiyyat, biznesin idarə edilməsi, maliyyə, dövlət və ictimai idarəetmə, beynəlxalq münasibətlər və ya əlaqəli sahələr üzrə;
Layihələrin idarə edilməsi, proqramların koordinasiyası, tədbirlərin təşkili və ya əlaqəli sahələrdə minimum 2 il iş təcrübəsi;
Layihə planlarının, iş qrafiklərinin və hesabatların hazırlanması üzrə praktiki təcrübə;
İctimai Birliklərdə tərəfdaşlarla əməkdaşlıq, tədbirlərin təşkili və ya araşdırmaların koordinasiyası sahəsində təcrübə üstünlükdür.
Peşəkar bilik və bacarıqlar
Layihələrin planlaşdırılması, koordinasiyası və icrasının monitorinqi üzrə biliklər;
İş planlarının, təqdimatların, hesabatların və rəsmi yazışmaların aparılması bacarığı;
Microsoft Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
Məlumatların toplanması, sistemləşdirilməsi və təhlili üzrə bacarıqlar;
Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
İngilis dilində işgüzar yazışma və peşəkar materiallarla işləmək bacarığı;
Rus dili və ya digər xarici dilləri bilmək üstünlükdür.
Şəxsi keyfiyyətlər
Yüksək təşkilatçılıq və koordinasiya bacarığı;
Planlaşdırma, vaxtın idarə edilməsi və prioritetləri müəyyənləşdirmək bacarığı;
Məsuliyyətlilik, dəqiqlik və detallara diqqət;
Müstəqil işləmək və eyni zamanda komanda ilə əməkdaşlıq etmək bacarığı;
Problemləri müəyyənləşdirmək və praktik həll yolları təklif etmək bacarığı;
Üzvlər, tərəfdaşlar və müxtəlif maraqlı tərəflərlə peşəkar ünsiyyət qurmaq bacarığı;
Təşəbbüskarlıq və nəticəyönümlülük.
Biz təklif edirik
Fintex sektorunun inkişafına töhfə verən layihə və təşəbbüslərdə iştirak;
Yerli və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq imkanları;
Peşəkar inkişaf və yeni biliklərin əldə edilməsi üçün imkanlar.
Əmək haqqı: 1000-1500 Azn
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Qeyd: İlkin müraciətlər əsasında son müraciət tarixindən daha tez müsahibə təşkil edilə bilər.
Maaş: 1000 AZN
Son müraciət tarixi: 12.12.2026
Müraciət: https://jobsearch.az/vacancies/azerbaycan-fintex-assosiasiyasi-ictimayi-birliyi-azfina-aparici-mutexessis-155970
ADVERTISEMENT











