Prayk

Aplikasyon üzrə mütəxəssis

Negotiable
Verified2 weeks ago
Date
Views
14
Number
№5274003

Description

PulsMed MMC şirkətinin portfelinə daxil olan laboratoriya diaqnostikası, tibbi avadanlıqlar, reagentlər və sərf materialları üzrə istifadəçi təlimlərinin təşkili, cihazların istifadəyə verilməsi və müştərilərə yüksək səviyyəli texniki-aplikasiya dəstəyinin göstərilməsi istiqamətində fəaliyyət göstərəcək peşəkar komanda üzvü axtarırıq. İş şəraiti İşəgötürən: PulsMed MMC İş yeri: Bakı İş rejimi: 5 günlük (09:00–18:00) Əmək haqqı: Müsahibə əsasında, namizədin bilik və bacarıqlarına uyğun olaraq müəyyən edilir. Əsas vəzifə öhdəlikləri və gözləntilər Tibbi laboratoriya avadanlıqlarının quraşdırılması və istifadəyə verilməsi prosesində iştirak etmək. İstifadəçi təlimlərini təşkil etmək və keçirmək. Texniki və tətbiqi sorğuları cavablandırmaq. Məhsul təqdimatları və seminarlar keçirmək. Xarici istehsalçıların təlimlərində iştirak etmək. Region və xarici ezamiyyətlərdə iştirak etmək. Rəhbərliyin digər tapşırıqlarını yerinə yetirmək. Tələb olunan bilik və bacarıqlar Ali təhsil (Laborator diaqnostika, biologiya, tibb və ya əlaqəli sahələr). Laboratoriya avadanlıqları üzrə təcrübə üstünlükdür. Təlim və təqdimat bacarığı. MS Office bilikləri. İngilis dili, rus dili üstünlükdür. Komandada işləmək və məsuliyyətlilik. Təklif olunan üstünlüklər Korporativ təlim və inkişaf imkanları. Xarici istehsalçıların təlimlərində iştirak. Karyera yüksəlişi və bonus imkanları. Yerli və beynəlxalq tədbirlərdə iştirak. Namizədlər şəkilli CV-lərini Müraciət et düyməsində qeyd olunan eıektron poçt ünvanına mövzu hissəsində vəzifənin adını qeyd etməklə göndərə bilərlər. Qeyd: Mövzu hissəsi düzgün qeyd olunmayan müraciətlərə baxılmayacaq. Son müraciət tarixi: 28.11.2026

© Pulsmed jobsearch.az — The text, photos and other materials of this listing belong to their rights holders.

The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.

ADVERTISEMENT
WhatsApp