Prayk

Aptek müdiri

800 ₼
Verified3 weeks ago
Date
Views
13
Number
№4980822

Description

Tələblər: Əczaçılıq üzrə tibbi təhsil (Ali və ya orta ixtisas); Müvafiq sahədə 3 il iş təcrübəsi; 1C proqram biliyi arzuolunandır; İşində dəqiq və məsuliyyətli olmalıdır. Vəzifə funksiyaları: İşlədiyi aptekdəki dərmanların qəbuluna cavabdehlik; Aptekdə dərmanların iadəsinə nəzarət; Malların son istifadə tarixinə nəzarət edilməsinə cavabdehlik; Aptekin ilkin mal qalığının yaradılmasına və aptekin gündəlik sifarişlərinin topdansatış anbarlarından təchiz olunmasına nəzarət və təmin etmək; Əczaçılıq qaydalarının pozulması, sanitar-gigiyenik normalara əməl edilməməsi, istehlakçı hüquqlarının pozulması, qanunvericilikdə nəzərdə tutulmuş inzibati və cinayət xarakterli əməllərə görə məsuliyyət daşımaq; Müəssisənin fəaliyyəti barədə statistik və digər hesabatların vaxtında təqdim olunmasına nəzarət; Məhsulun keyfiyyəti ilə əlaqədar bütün geri qaytarılmaların, şikayətlərin və geri çağırılmaların, həmçinin bu zaman aparılan tədqiqatların icmalının aparılması; Aptek işçiləri tərəfindən iş rejiminə əməl olunmasına nəzarət; Aptekin mal qalığını tənzimlənmək, tələbata uyğun olaraq vaxtlı-vaxtında şirkətə sifarişlərin verilməsini təmin etmək; Ona həvalə olunmuş rəflərdəki məhsulların yararlılıq müddətinə, qalıq sayına nəzarət etmək; Aptekə alınan malların tərkiblərinə uyğun tələb olunan qaydada qorunub saxlanılması, yerləşdirilməsi üzrə işlərin aparılmasını təşkil etmək və nəzarəti həyata keçirmək; Dərman preparatları barədə müştəriləri dolğun məlumatlandırmaq; Müştərinin sifarişini vaxtında və dəqiq yerinə yetirmək. İş şəraiti: İş qrafiki: 09:00 -18:00 Əmək haqqı: 800 - 850 AZN + Bonus sistemi mövcuddur. Əlavə suallar üçün 050-253-01-59, 050-253-01-52 nömrəsi ilə əlaqə saxlaya və ya Whatsapp üzərindən yaza bilərsiniz. Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə “subject” (mövzu) hissəsində Aptek müdiri qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur. Maaş: 800 AZN Son müraciət tarixi: 22.11.2026

© Zeytun Pharmaceuticals jobsearch.az — The text, photos and other materials of this listing belong to their rights holders.

The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.

ADVERTISEMENT
WhatsApp