Cambro peşəkar servis arabası restoranlar, kafelər, yeməkxanalar və otellərdə özünəxidmət prosesini səmərəli təşkil etmək üçün nəzərdə tutulmuşdur. Bu model sinilərin (podnosların), bıçaq-qaşıq dəstlərinin, salfetlərin və sousların eyni vaxtda saxlanması, daşınması və paylanması üçün vahid həlldir. Paslanmayan, zərbəyə davamlı və asan təmizlənən yüksək sıxlıqlı bütöv tökmə polietilendən hazırlanmışdır. Rahat hərəkət üçün 4 ədəd yüksək keyfiyyətli dönən təkərlərlə təchiz olunub.