
5
Aşpaz köməkçisi (Dcdp)
Aşpaz köməkçisi (Dcdp)
Negotiable
Verified4 weeks ago
Date
Views5
Number№2906521
Description
Əmək funksiyası:
Menyu üçün xammalın miqdarını müəyyən etmək və hazırlamaq, reseptlərə və texniki şərtlərə uyğun olaraq keyfiyyət və üslub tələblərini təyin etmək;
Alınan məmulatların kəmiyyətini və keyfiyyətini yoxlamaq;
Çörək məmulatları və ya souslar kimi inqrediyentləri qarışdırmaq;
Növbəti mərhələlərdə istifadə edilməsi üçün ət və s. bu kimi məmulatları ilkin bişirmək;
Banketlər və ziyafətlər üçün müxtəlif yeməklər bişirmək;
Müxtəlif mətbəx alət və avadanlıqlarından istifadə etməklə müvafiq reseptlərə və ya fərdi ideyalara uyğun olaraq inqrediyentləri çəkmək, ölçmək və qarışdırmaq;
Sobaların, ocaqların, qrillərin və qızartma aparatlarının temperaturunu tənzimləməklə ərzağın düzgün temperaturda saxlanıldığını və bişirildiyini təmin etmək;
Ərzaq və inqrediyentlərin təzəliyini təmin etmək üçün onların keyfiyyətini yoxlamaq, köhnə və yeni məmulatları izləmək və ehtiyatları yeniləmək.
Müvafiq standartlara və ya xüsusi hazırlanmış reseptlərə uyğun olaraq ərzağı bişirmək.
Eyni zamanda bir neçə sifariş üzrə işləyən zaman hər bir müştəri tərəfindən verilən sifarişi dəqiq şəkildə hazırlamaq;
İş başlamamışdan öncə mətbəxi hazırlamaq;
İstifadə edilən və təchiz edilən ərzağa dair qeydlər aparmaq
Tələblər:
Təhsil:
Peşə ixtisas
Müvafiq sahədə minimum 1 il iş təcrübəsi
Müxtəlif iş qrafiklərində işləmək bacarığı;
Komandada işləmək bacarığı;
Diqqətli, məsuliyyətli və cəld.
Vəzifə üzrə təminatlar:
Dünyanın məşhur alman brendində iş imkanı;
“TABIA Group” MMC tərəfindən idarə olunan müəssisələrdə karyeranı davam etdirmək imkanı;
Təlim və inkişaf proqramlarında iştirak imkanları;
Gündəlik qidalanma.
Bu vakansiya yalnız Azərbaycan vətəndaşlığı olan şəxslər üçündür.
Vakansiya ilə maraqlanan namizədlər tərcümeyi-halını (CV) Müraciət et düyməsinddə qeyd olunan elektron ünvanına mövzu bölməsində vakansiyanın adını qeyd etməklə göndərə bilərlər.
Son müraciət tarixi: 23.10.2026
Listing source
Open the original listing© Paulaner Brauhaus Baku jobsearch.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.
ADVERTISEMENT


