Autool BT860 Akkumulyator Test Cihazı
Peşəkar 12V/24V akkumulyator və avtomobil elektrik sistemi diaqnostikası üçün çoxfunksiyalı tester. Keçiricilik əsasında ölçmə texnologiyası ilə akkumulyatorun sağlamlığı, doldurulma səviyyəsi, gərginlik, daxili müqavimət və nominal işə salma cərəyanı barədə dəqiq məlumat təqdim edir. Daxili termal printer test nəticələrini anında kağızda çıxarır.
Əsas funksiyalar:
- Battery Test: Sağlamlıq (SOH), şarj səviyyəsi (SOC), gərginlik, daxili müqavimət, nominal CCA analizi
- Cranking Test: Mühərrikin işə salınması zamanı minimum gərginlik və cranking müddətinin ölçülməsi
- Charging System Test: Generatorun/yüklü və yüksüz gərginliyin, ripple dəyərinin və maksimum yükün yoxlanması
- Temp. Monitoring: Real vaxt temperatur monitorinqi (təqribən -12°C – +50°C)
- Data Review: Ölçmələrin yadda saxlanılması və sonradan baxış
- Multi-Language: Çoxdilli menyu (10 dil)
Uyğunluq:
- Akkumulyator növləri: Regular Flooded, AGM Flat Plate, AGM Spiral, GEL, EFB
- Nəqliyyat: Avtomobil, yük maşını, motosiklet, qayıq, ATV
- Standart diapazonları: CCA/BCI/CA/MCA/EN/SAE 100–2000; DIN/IEC/GB 100–1400; JIS 26A17–245H52
Texniki göstəricilər:
- Brend/Model: Autool BT860
- Sistem gərginliyi: 12V / 24V
- Ekran: 3.2 düymlük rəngli HD
- Printer: Daxili termal printer (rulon termal kağız)
- Qoruma: Əks qütblə qoşulma və yüksək gərginlikdən müdafiə
- Korpus: Turşuya davamlı ABS plastik
- Ölçülər: 270 × 100 × 50 mm
- Məlumat yaddaşı: Var
İstifadə sahələri:
- Avtoservis və diaqnostika mərkəzləri
- Akkumulyator satış nöqtələri
- Avtomobil elektrik ustaları
- Fərdi istifadəçilər üçün sürətli və dəqiq yoxlama
Qiymət: 440