Prayk

Avtomobil satışı üzrə menecer

Negotiable
Verified1 weeks ago
City
Bakı
Category
Sales
Date
Views
4
Number
№3559690

Description

Əsas vəzifələr: Müştərilərin ehtiyaclarını müəyyənləşdirmək və uyğun avtomobil modellərini təqdim etmək; Avtomobillərin texniki xüsusiyyətləri, komplektasiyası və üstünlükləri barədə ətraflı məlumat vermək; Müştərilər üçün avtomobil təqdimatlarını və test sürüşlərini təşkil etmək; Satış prosesini ilkin müraciətdən avtomobilin təhvil verilməsinədək peşəkar şəkildə idarə etmək; Potensial müştərilərlə davamlı əlaqə saxlamaq və müraciətlərin təqibini aparmaq; Müəyyən edilmiş satış hədəflərinin yerinə yetirilməsini təmin etmək; Müştəri məlumatlarını və satış prosesini müvafiq sistemdə düzgün qeyd etmək; Toyota brendinin korporativ standartlarına və yüksək müştəri xidməti prinsiplərinə riayət etmək; Satış nəticələri üzrə müvafiq hesabatları hazırlamaq. Namizədə tələblər: Avtomobil satışı sahəsində iş təcrübəsi və praktiki satış bacarığı; Avtomobillər, onların texniki xüsusiyyətləri və satış prosesi barədə məlumatlı olmaq; İngilis və rus dillərini C1–C2 səviyyəsində bilmək; Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı; Güclü təqdimat, satış və danışıqlar aparmaq bacarığı; Müştəriyönümlü, məsuliyyətli və nəticəyönümlü olmaq; Komandada işləmək və müxtəlif müştəri profilləri ilə düzgün ünsiyyət qurmaq bacarığı; MS Office proqramlarında işləmək bacarığı; Sürücülük vəsiqəsinin olması. Peşəkarlıq tələbləri: Yaxşı analitik, problemlərin həll edilməsi və axtarış bacarıqlarının olması; Müştərini dinləmək və inandırmaq bacarığı; Təqdimat bacarığı; Təzyiq altında işləmək bacarığı və prioritetlərin ortaya qoyulması qabiliyyəti; Digər məlumatlar: İş yeri: Gəncə şəhəri, Gəncə- Şəmkir yolun sağ tərəfi Ezamiyyə imkanları (zəruri hallarda) 6 günlük iş rejimi (bazar ertəsi – şənbə) İş vaxtı: Bazar ertəsi-Cümə: 09:00 – 17:00;  Şənbə: 09:00-15:00 Rəqabətə uyğun əmək haqqı və performansa əsaslanan bonus sistemi Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər. E-mail: [email protected] Müraciət: https://busy.az/vacancy/196054/avtomobil-satisi-uzre-menecer
ADVERTISEMENT