
3
Bağban

Negotiable
Bağban
VerifiedToday
Date
Views3
Number№4886175
Description
Təsvir
Uşaq bağçasının yaşıllıq ərazilərində (bağça, uşaq meydançası və ətraf sahələr) gündəlik təmizlik və səliqə-sahmanı təmin etməli, xüsusilə mövsümi olaraq (payız aylarında) tökülən yarpaqları mütəmadi təmizləyərək, təhlükəsiz hərəkət mühitini qorumalı;
Müəssisə daxilində mərkəzdaxili daşıma işlərini təşkil etməli, avadanlıq, material və digər yüklərin təhlükəsiz, səliqəli və vaxtında daşınmasını təmin etməli;
Bağ ərazisindəki ağac və bitkilərin suvarılmasını onların növünə, mövsümə və iqlim şəraitinə uyğun şəkildə planlı və davamlı olaraq həyata keçirməli;
Ərazidəki ot örtüyünün biçilməsini təmin etməli, dekorativ bitkilərə və çiçəklərə mütəmadi qulluq göstərməli;
Bitkilərin sağlamlığının qorunması məqsədilə profilaktik və operativ tədbirlər görməli (dərmanlama, budama, torpağın işlənməsi və digər aqrotexniki qulluq işləri);
Müxtəlif səbəblərdən (donma, quruma, xəstəlik və s.) zədələnmiş və ya məhv olmuş bitkiləri ərazidən uzaqlaşdırmalı, onların əvəzinə yerli iqlimə uyğun yeni bitkilərin əkilməsini təmin etməli;
Bağ ərazisini gündəlik olaraq nəzarətdə saxlamalı, infrastrukturda (divarlar, pilləkənlər, hasarlar, qazanlar, dam örtüyü və s.) yaranan nasazlıqlar barədə dərhal Təsərrüfat və inzibati dəstək bölməsinin rəhbərliyini məlumatlandırmalı və təmir prosesinin təşkili üçün təşəbbüs göstərməli;
Hovuz və su çənlərinin sanitariya vəziyyətinə nəzarət etməli, onların ildə minimum iki dəfə təmizlənməsini təmin etməli;
Həyət və park ərazilərinin daim təmiz, səliqəli və təhlükəsiz vəziyyətdə saxlanmasını təmin etməli, ərazidə yaranan tullantıları, toz və digər çirklənmələri mütəmadi olaraq aradan qaldırmalı;
Ərazidə mövcud olan heyvan sığınacaqlarının təmizliyini təmin etməli, heyvanların gündəlik qidalanmasını və su ilə təminatını həyata keçirməli, hər hansı xəstəlik və ya fövqəladə hal baş verdikdə dərhal rəhbərliyi məlumatlandırmalı;
Texniki bilik və səlahiyyətlərini aşan məsələlərdə, əlavə texniki və ya ixtisaslaşmış dəstək alınması üçün Təsərrüfat və inzibati dəstək bölməsinin rəhbərinə müraciət etməli;
Məktəbin bağça və park ərazilərinin daim təmiz, səliqəli və estetik baxımdan uyğun vəziyyətdə saxlanmasına görə məsuliyyət daşımalı;
Görülmüş işlər və ümumi fəaliyyət üzrə həftəlik, aylıq və illik hesabatlar hazırlamalı və Təsərrüfat və inzibati dəstək bölməsinin müdirinə təqdim etməli;
Fəaliyyət sahəsi ilə bağlı məsələlərdə müəssisəni daxili və zəruri hallarda xarici tərəflər qarşısında təmsil etməli;
Fəaliyyətini daxili və xarici müştəri məmnuniyyətini əsas götürərək, xidmət keyfiyyətinə uyğun şəkildə həyata keçirməli;
Birbaşa rəhbər tərəfindən verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirməlidir.
Tələblər
Minimum 1 il iş təcrübəsi;
Təmizlik qaydalarını bilməli:
Bitkilərin əkilməsi, qulluq, suvarma sistemləri kimi texniki bilikləri sahib olmalı;
Sağlamlıq və təhlükəsizlik normalarını, əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğından mühafizə qaydalarını bilməli;
Səbirlilik;
Ədalətlilik, məsuliyyət və dürüstlük;
Fiziki səy;
Hörmət və qayğıkeşlik
Əməkdaşlıq;
Texnoloji alət və avadanlıqlardan səmərəli istifadə edə bilmək.
Iş yeri: Kipina Badamdar filialı
Vakansiya növü - Tam ştat
İmtiyazlar
Tibbi sığorta
Nahar şirkət tərəfindən təmin edilir.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Son müraciət tarixi: 20.11.2026
Listing source
Open the original listing© XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi jobsearch.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.
ADVERTISEMENT














