Romanın qəhrəmanı balaca Sara Hindistanda doğulub-böyüyüb. Bir gün kapitan Kryu qızı Saranı Londona gətirir və onu qızlar üçün xüsusi seminariyaya yazdırır. Sara əsl şahzadə kimi böyüdülüb, onun üçün ən bahalı paltarlar, ən gözəl gəlinciklər alınıb, bütün arzuları və istəkləri sorğu-sualsız yerinə yetirilib. Lakin atasının ölümü ilə hər şey dəyişir və Sara həyatın digər üzünü görməli olur. O artıq seminariyanın ən varlı, ən hörmətli şagirdi yox, qulluqçusudur. Ancaq Sara əsla öz əsilzadəliyini unutmur və bu sınaqlardan alnıaçıq çıxır. Bir gün isə inandığı sehr həqiqətə dönür... “Balaca şahzadə Sara” romanı ABŞ-də məktəblilərə məsləhət görülən 100 təməl əsərdən biridir. 2009-cu ildə isə Hilari Makkeyin “Balaca şahzadə Sara”nın davamı kimi yazdığı “Sabah üçün ümid” (“Wishing For Tomorrow”) romanı işıq üzü görüb. Makkeyin romanında qızlar seminariyasının digər şagirdlərindən bəhs edilir.
Müəllif: Frensis Hodqson Bernet
Nəşriyyat: 3 Alma
Dil: AZE
Cild: Yumşaq
Səhifə sayı: 280
© libraff.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.