Masil 9 Protein Perfume Silk Balm - bu, saçları bərpa edən peşəkar vasitədir. Məhsulun böyük üstünlüyü ondadır ki, onu yumağa ehtiyac yoxdur. Sadəcə lazımi miqdarı təmiz saçlara çəkin və mayenin hopmasına icazə verin! Doqquz növ proteindən ibarət kompleks saçları struktur səviyyəsində intensiv şəkildə bərpa edir və saç dərisini qidalandırır. Vasitə qırılmanı aradan qaldırır, tökülmənin qarşısını alır. Termik prosedurların təsirlərinə qarşı çox effektiv mübarizə aparır. Buna görə də, əgər tez-tez fen və ya düzləşdirici istifadə edirsinizsə, bu məhsul zəif saçlara güc verərək, aqressiv təsirlərə məruz qalan saçlarınızı tez bərpa edəcək. Saçları dərin nəmləndirir və qidalandırır, elastikliyi artırır, saç qabıqlarını hamarlaşdırır və ucların qırılmasının qarşısını alır. Saçları fen, düzləşdirici və s. termiki təsirlərdən qoruyur. Saçları ipək kimi hamar edir və sağlam parıltı verir. Saç strukturunu bərpa edir, boşluqları doldurur və saçların qırılmasını imkan vermir. Hidrolizə olunmuş kollagen - saçları daha yumşaq və elastik edir, strukturunu yaxşılaşdırır, qırılmanın və tökülmənin qarşısını alır, təbii parıltısını geri qaytarır. Buğda zülalları - güclü qidalandırıcı və nəmləndirici təsirə malikdir, saçları yumşaq edir və hamarlaşdırır. Saçları kökdən uca qədər möhkəmləndirir, onlara güc və parıltı verir. Soya zülalları - nəmləndirici və möhkəmləndirici təsir göstərir, saçlara parıltı verir, elastikliyi və sıxlığı artırır, yaşlanma proseslərinin qarşısını alır. Hidrolizə olunmuş qarğıdalı zülalları - saçları effektiv şəkildə möhkəmləndirir, onlara gücünü geri qaytarır. Həmçinin, saçlara həcm və sıxlıq verir. Fibrin, keratin və hidroliz olunmuş ipək - saçların uzunluğunda olan zədələri bərpa edir və struktur səviyyəsində təmir edir. Daimi istifadə edildikdə saçlara parıltı, elastiklik və ipəklik geri qaytarır. Hidrogenləşdirilmiş lecitn - saçların qoruyucu funksiyalarını bərpa edir. Saçları solmağa və ətraf mühitdən gələn aqressiv faktorlardan qoruyur. Saçlara parıltı və hamarliq verir.
© birmarket.az · The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.