Greenberry Acai — Barista-Satıcı vakansiyası
Greenberry Acai yeni filialının Bakı, Əhməd Rəcəbli ərazisində yerləşən Padel Centre Baku-da açılışını edir. Komandamıza 2 nəfər Barista-Satıcı axtarırıq!
İş qrafiki
1-ci əməkdaş: 09:00 dan– 18:00 dək
2-ci əməkdaş: 16:00 dan – 00:00 dək
Əməkdaşlar növbəli şəkildə çalışacaqlar.
Hər bir əməkdaşa həftə ərzində yarım gün istirahət veriləcək. (Etrafli melumat verilecek)
Ünvan: Padel Centre Baku, Əhməd Rəcəbli, Bakı
Vakansiya sayı: 2 nəfər
Vəzifə: Barista-Satıcı
Tələblər:
Məsuliyyətli və punktual olmaq
Gülərüz və pozitiv olmaq
Müştərilərlə düzgün ünsiyyət qurmaq
Səliqəli və təmizkar olmaq
Komandada işləmə bacarığı
Öyrənməyə həvəsli olmaq
Azərbaycan və rus dillərini bilmək məcburidir
Barista və ya oxşar sahədə təcrübə arzuolunandır, lakin məcburi deyil
Vəzifə öhdəlikləri:
Meyvələrin doğranması və hazırlanması
Smoothie-lərin hazırlanması
Açaí bowl və digər məhsulların hazırlanması
Açaí ilə işləmə qaydalarının öyrənilməsi — bütün proses tərəfimizdən öyrədiləcək, əvvəlcədən təcrübə tələb olunmur
Müştərilərə gülərüz və keyfiyyətli xidmət göstərilməsi
Sifarişlərin düzgün və səliqəli hazırlanması
İş yerinin təmiz və səliqəli saxlanılması
Maaş: 600-650 AZN
Yaş: 18-40
İş təcrübəsi: 1 ildən aşağı
© Greenberry · boss.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.