İş yeri: Balaxanı Sənaye Parkı
Əmək haqqı: İlkin olaraq 800–1000 AZN
Yeni məzun olmuş xanım namizədlərə üstünlük verilir.
Vəzifə öhdəlikləri:
Baş direktorun gündəlik iş fəaliyyətinin təşkilinə və idarə olunmasına dəstək göstərilməsi
Rəhbərliyin tapşırıqlarının vaxtında və düzgün icra olunmasının təmin edilməsi
Müxtəlif şöbələr arasında koordinasiyanın həyata keçirilməsinə dəstək göstərilməsi
Görüşlərin, işgüzar yazışmaların və gündəlik iş qrafikinin təşkil edilməsi
İstehsalat və idarəetmə prosesləri ilə bağlı məlumatların toplanması və təhlilinə dəstək göstərilməsi
Sənədləşmə və hesabatların hazırlanmasında iştirak edilməsi
Rəhbərliyə gündəlik iş prosesləri ilə bağlı operativ məlumatların təqdim edilməsi
Tələblər:
Xanım namizəd
Təhsil: Qida mühəndisliyi və ya istehsalatın idarə edilməsi üzrə ali təhsil
İş təcrübəsi tələb olunmur.
Yeni məzun olmuş xanım namizədlərə üstünlük verilir.
Məsuliyyətli, diqqətli və təşkilatçılıq qabiliyyətinə malik olmaq
Yüksək ünsiyyət və koordinasiya bacarıqları
Sənədləşmə və hesabat aparmaq bacarığı
Öyrənməyə açıq, təşəbbüskar və hədəfyönümlü olmaq
Rəhbərliklə işləmək və komanda ilə əməkdaşlıq etmək bacarığı
Qeyd: Bu vakansiya karyerasının ilk addımlarını atan, idarəetmə sahəsində inkişaf etmək və rəhbərlik təcrübəsi qazanmaq istəyən həvəsli və motivasiyalı namizədlər üçün nəzərdə tutulub. İş təcrübəsi tələb olunmur, öyrənməyə və peşəkar inkişaf etməyə həvəsli namizədlərə üstünlük verilir.
Xahiş edirik, elanı diqqətlə oxuduqdan sonra müraciət edəsiniz. Vakansiyaya uyğun gələn və özünü idarəetmə sahəsində inkişaf etdirmək istəyən namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/204886/bas-direktorun-komekcisi
ADVERTISEMENT
We use cookies Analytics only with your consent; essential cookies are always on.Privacy policy