
7
Baş Linux Administrator
Baş Linux Administrator
Negotiable
VerifiedYesterday
Date
Views7
Number№4481698
Description
“Azərikard” MMC Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prosessinq mərkəzidir. Hal hazırda aktiv olan vakansiya: Baş Linux Administrator
Vəzifəyə olan tələblər:
Ali təhsil (İT və ya əlaqəli sahə arzuolunandır);
Linux sistemlərinin administrasiyası sahəsində minimum 3+ il iş təcrübəsi;
Linux kernel, systemd, storage stack (LVM, multipath, NFS, iSCSI), network stack və performans troubleshooting üzrə təcrübə;
Bash scripting üzrə yüksək səviyyədə biliklər, Python ilə avtomatlaşdırma təcrübəsi üstünlükdür;
Ansible Automation Platform ilə geniş iş təcrübəsi;
GitOps və Infrastructure as Code yanaşmaları üzrə təcrübə;
GitLab CI/CD və ya digər CI/CD platformaları ilə kompleks pipeline-ların qurulması və dəstəklənməsi;
Kubernetes komponentləri (Ingress, Storage Classes, RBAC, Network Policies, Operators və s.) haqqında biliklər;
Monitoring və Observability sahəsində biliklər (Prometheus, Grafana, OpenTelemetry);
Log Management sistemləri ilə təcrübə (ELK Stack, Graylog, OpenSearch);
High Availability və Disaster Recovery həlləri üzrə təcrübə;
CIS Benchmarks, PCI DSS təhlükəsizlik standartları üzrə praktiki biliklər;
Azərbaycan dillərində sərbəst, İngilis dilində texniki səviyyədə biliklər;
RHCSA, RHCE, CKA, CKAD üstünlükdür.
Vəzifə öhdəlikləri:
Linux əsaslı korporativ sistemlərin arxitekturasının planlaşdırılması, inkişafı və dəstəklənməsi;
Kritik biznes sistemlərinin yüksək əlçatanlığının (HA) və fasiləsiz fəaliyyətinin təmin edilməsi;
Linux platformalarında mürəkkəb problemlərin araşdırılması və Root Cause Analysis aparılması;
Ansible, CI/CD və digər avtomatlaşdırma alətləri vasitəsilə əməliyyat proseslərinin optimallaşdırılması;
Sistemlərin təhlükəsizlik tələblərinə uyğunlaşdırılması və auditlərdə iştirak;
Backup, Disaster Recovery və Business Continuity həllərinin planlaşdırılması və test olunması;
Daxili texniki sənədlərə, siyasət və standartlara uyğun işləmək;
Banklar və tərəfdaş təşkilatlarla əməkdaşlıq çərçivəsində yaranan texniki problemlərin operativ həlli.
Namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.
Son müraciət tarixi: 12.11.2026
Listing source
Open the original listing© Azericard jobsearch.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.
ADVERTISEMENT











