
4
Baş menecer

Negotiable
Baş menecer
AnalyzedToday
Date
Views4
Number№4716888
Description
Fred’s English komandamıza təhsil sahəsində idarəetmə bacarıqlarına malik, təşəbbüskar, məsuliyyətli və nəticəyönümlü Baş menecer axtarırıq! Ayliq maas 2000+ azn
Namizədimiz tədris mərkəzinin gündəlik fəaliyyətinin idarə olunmasını, komandanın koordinasiyasını və xidmət keyfiyyətinin yüksəldilməsini təmin edəcək.
Əsas vəzifə və öhdəliklər (Responsibilities)
Tədris mərkəzinin gündəlik fəaliyyətinin və inzibati proseslərinin idarə edilməsi;
Müəllimlər, inzibati heyət və digər əməkdaşların işinin koordinasiyası;
İş proseslərinin planlaşdırılması, tapşırıqların bölüşdürülməsi və icrasına nəzarət;
Tədris proqramlarının keyfiyyətinə və tədris standartlarına riayət olunmasına nəzarət;
Şagird və valideyn məmnuniyyətinin təmin edilməsi, müraciət və problemlərin operativ həlli;
Yeni şagirdlərin cəlb edilməsi, qeydiyyat prosesinin və tələbə bazasının idarə olunması;
Müəllimlərin seçilməsi, işə qəbulu və fəaliyyətinin qiymətləndirilməsində iştirak;
Mərkəzin inkişaf strategiyasının hazırlanması və həyata keçirilməsinə dəstək;
Satış, qeydiyyat və xidmət göstəricilərinin təhlili, aylıq hesabatların hazırlanması;
Marketinq və sosial media komandası ilə əməkdaşlıq edərək reklam və tanıtım fəaliyyətlərinin əlaqələndirilməsi;
Cambridge English proqramları, IELTS, SAT və digər təhsil istiqamətləri üzrə işlərin koordinasiyası;
Beynəlxalq yay məktəbləri, təhsil layihələri və tədbirlərin təşkilində iştirak;
Rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi və inkişaf təkliflərinin verilməsi.
Namizədə tələblər (Requirements)
Ali təhsil;
İdarəetmə, təhsil və ya müvafiq sahədə iş təcrübəsi;
Komanda idarəetməsi və liderlik bacarıqları;
Güclü təşkilatçılıq, planlaşdırma və problem həll etmə bacarıqları;
Yüksək kommunikasiya və interpersonal bacarıqlar;
Microsoft Office və rəqəmsal iş alətlərindən istifadə bacarığı;
Azərbaycan dilində səlis danışıq və yazı bacarığı;
İngilis dili biliyi — üstünlükdür;
Məsuliyyətlilik, təşəbbüskarlıq, operativlik və nəticəyönümlülük;
Eyni zamanda bir neçə prosesi idarə etmək və prioritetləri düzgün müəyyənləşdirmək bacarığı.
Bu vəzifəyə uyğun olduğunuzu düşünürsünüzsə, CV-nizi mövzu hissəsində “Baş menecer vakansiyası” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.
Ünvan: Caspian Business Centre
Komandamıza qoşulun və təhsildə keyfiyyətin, inkişafın və uğurun bir hissəsi olun!
Son müraciət tarixi: 16.11.2026
Listing source
Open the original listing© Fred's English mərkəzi jobsearch.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.
ADVERTISEMENT




