
Bakı8
Baş mexanika mühəndisi

Negotiable
Baş mexanika mühəndisi
VerifiedToday
CityBakı
Date
Views8
Number№6028598
Description
· Mexanika layihələrini nəzərdən keçirmək, texniki analiz aparmaq və zəruri düzəlişləri müəyyən etmək;· Layihələrin təsdiq olunmuş texniki tələblərə, yerli və beynəlxalq standartlara uyğunluğuna nəzarət etmək;· Mexaniki sistemlər üzrə layihə həllərini, işçi çertyojları, texniki spesifikasiyaları və hesabatları yoxlamaq;· HVAC, istilik, soyutma, havalandırma, tüstüsovurma, VRF, Chiller, AHU, FCU, qazanxana və digər mexaniki sistemlər üzrə layihələrin texniki baxışını həyata keçirmək;· Su təchizatı, kanalizasiya və yağış suyu sistemləri üzrə layihələrin koordinasiyasında iştirak etmək;· Podratçı və subpodratçıların mexanika üzrə fəaliyyətinə nəzarət etmək və texniki istiqamətləndirmə vermək;· Podratçıların təqdim etdiyi Shop Drawing, Material Submittal, Method Statement, RFI və digər texniki sənədləri nəzərdən keçirmək;· Mexaniki avadanlıqların texniki göstəricilərini və layihəyə uyğunluğunu yoxlamaq;· Sahə yoxlamalarında iştirak etmək və quraşdırılan sistemlərin layihə və texniki tələblərə uyğunluğunu yoxlamaq;· Layihə və sahə arasında yaranan texniki məsələləri müəyyən etmək və onların vaxtında həll olunmasını təmin etmək;· Layihə dəyişikliklərini, texniki riskləri və mümkün gecikmələri müəyyən edərək rəhbərliyə məlumat vermək;· Podratçı, subpodratçı, konsultant, layihəçi və digər mühəndislik komandaları ilə gündəlik texniki koordinasiyanı təmin etmək;· Texniki iclaslarda iştirak etmək, zəruri hallarda iclaslara rəhbərlik etmək və qəbul olunmuş qərarların icrasını izləmək;· Layihələrin icra vəziyyəti ilə bağlı həftəlik və aylıq hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;· Layihənin texniki tapşırığının və əsas iş həcminin hazırlanmasında iştirak etmə;· Müxtəlif mühəndislik fənləri arasında koordinasiyanın təmin olunmasına dəstək olmaq;· Mexaniki sistemlərin testing, commissioning, testing & balancing və handover mərhələlərində texniki koordinasiyada iştirak etmək;· Layihə məqsədlərinə çatmaq üçün podratçı şirkətlərlə effektiv əməkdaşlıq etmək;· Rəhbərlik tərəfindən vəzifə öhdəliklərinə uyğun verilən digər tapşırıqları yerinə yetirmə.
Tələblər:
· Mexanika mühəndisliyi və ya əlaqəli ixtisas üzrə ali təhsil;· Müvafiq sahə üzrə minimum 10 il iş təcrübəsi;· Böyükmiqyaslı yaşayış, kommersiya, ictimai, sənaye və ya infrastruktur layihələrində təcrübə;· HVAC, VRF, Chiller, AHU, FCU, qazanxana, tüstüsovurma, su təchizatı və kanalizasiya sistemləri üzrə praktiki bilik;· Texniki çertyoj, spesifikasiya və sənədlərlə işləmək bacarığı;· AZDTN, СНиП, SP, ASHRAE, NFPA, SMACNA, CIBSE, BS, EN və IPC standartları üzrə bilik;· Podratçı texniki fəaliyyətinə nəzarət və koordinasiya bacarığı;· Güclü analitik düşüncə, problem həll etmə, liderlik və komanda idarəetmə bacarıqları;· AutoCAD və MS Office proqramlarında yaxşı səviyyədə işləmək bacarığı;· Azərbaycan dili – səlis, ingilis dili – yaxşı səviyyədə.
Vakansiya növü: Tam ştat
Şirkət: PMD Group MMC
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/pmdgroup/pmdgroup-bas-mexanika-muhendisi-4062387/apply
ADVERTISEMENT





