Prayk

Baş mühasib

2 000 ₼
VerifiedYesterday
City
Bakı
Category
Finance
Date
Number
№3989235

Description

İş qrafiki: İş saatları: 09:00 – 18:00; Nahar fasiləsi: 13:00-14:00 İstirahət günü: Şənbə,bazar Şərtlər: AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə Ofis ünvanı: Nizami rayonu, Qara Qarayev, 87 (Lotos ticarət mərkəzinin arxası) Maraqlanan şəxslər CV-lərini “Baş mühasib” başlığı altında PDF formatında [email protected] e-Mail poçt ünvanına göndərə bilərlər. Tələblər: Ali təhsil (Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat sahəsində); PMS sertifikatı; Vergi qanunvericiliyi və Mühasibat uçotunun milli və beynəlxalq standartları üzrə təcrübəyə malik olmaq; Mühasibat proqramlarında (1C, MS Office) işləmək bacarığı; Yaş həddi: 35-50; Cins: Xanım Mühasib kimi ən azı 5 il iş təcrübəsi; Azərbaycan dilini bilməsi zəruridir, Rus dilini bilməsi arzuolunandır; Yüksək analitik düşüncə, diqqətlilik və məsuliyyətlilik; Komanda ilə işləmə bacarığının olması. Vəzifə öhdəlikləri: Cəmiyyətin maliyyə-təsərrüfat mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və nəzarəti; Bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsi, mühasibat - maliyyə hesabatlarının tələb olunan müddətdə tərtib və təqdim edilməsini təşkil etmək; 1 C mühasibat uçotu proqram təminatında əsas vəsaitlərin, maddi qiymətlilərin və pul vəsaitlərinin hərəkəti ilə əlaqədar əməliyyatları əks etdirmək; İş və xidmətlərin maya dəyərini hesabat kalkulyasiyasını tərtib etmək, itkilərin yaranma və qeyri-istehsal məsrəflərin mənbələrini aşkar etmək, onların qarşısının alınması üzrə təkliflər hazırlamaq; Mədaxil/məxaric pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, vəsaitlərin dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanması, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunun təşkili və nəzarəti; İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun düzgün sərf olunmasına, əsas fondların inventarizasiyasının aparılmasına nəzarət edilməsi; Pul vəsaitlərinin mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsində iştirak etmək; Vergi orqanları, DSMF və digər dövlət orqanlarına aylıq rüblük və illik hesabatları vaxtında təqdim etmək; Vergi risklərini hesablamaq və rəhbərliyə bildirmək; Maliyyə hesablarını (Balans hesabatı, mənfəət və zərər hesabatı, pul vəsaitlərinin hərəkəti hesabatı və.s) hazırlamaq; Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün müvafiq əməliyyatlarının vaxtında və düzgün emal olunmasını təmin etmək; Həftəlik, aylıq, rüblük və illik icra hesabatlarının hazırlanmasını və təqdim edilməsini təmin etmək. Maaş: 2000 AZN Yaş: 35-50 Təhsil: Ali İş təcrübəsi: 3 ildən 5 ilə qədər

© Gidromaşservis QSC boss.az — The text, photos and other materials of this listing belong to their rights holders.

The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.

Similar listings