Prayk

Baş mühasib

2 000 ₼
Verified4 days ago
CityBakı
CategoryFinance

№6202420·Views: 13

Description

Vəzifə öhdəlikləri: Mühasibat məlumatlarını 1C bazasına vaxtında işlənilməsi, Aylıq, rüblük, illik vergi, DSMF və statistika hesabatlarının hazırlanması və aidiyyatı orqanlara təqdim edilməsi; Pul axınlarının planlaşdırılması və nəzarəti; Əmək haqqı, məzuniyyət və son haqq-hesabın hesablanması; Vergi sahəsi ilə bağlı əməliyyatların icrası, bütün vergi hesabatlarının göndərilməsi; Mühasibat uçotu üzrə ilkin sənədləşmələri təşkil etmək; Vergi risklərinin idarə olunması və vergi planlaşdırmasının həyata keçirilməsi; Kassa, Bank əməliyyatlarını həyata keçirmək, qaimə və vergi hesab fakturaları yazmaq, qarşılıqlı hesablaşma və üzləşmə aktlarını tərtib etmək; Debitor və kreditor hesablaşmaları aparmaq; Şirkətlərlə bağlanan Müqavilələrinin, invoysların və digər maliyyə sənədlərin vaxtı vaxtında hazırlanması, yoxlanılması, göndərilməsi; İnternet bankçılıq” üzrə əsas əməliyyatların (beynəlxalq köçürmələr, valyuta mübadiləsi, əmək haqqı ödənişləri, Dövlət büdcəsinə vergi və digər ödənişlərin icrası) aparılması; Borcların təhlili və sifarişçilərlə borcların bağlanmasına dair qabağlayıcı tədbirlərin görülməsi; Materialların uçotunun aparılması, alış qaimələrinin, anbar hərəkətlərinin işlənməsi; Proqrama daxil edilən məlumatların layihələr üzrə bölgüsünü təmin etmək; Gündəlik və aylıq hesabatları tərtib etmək; İdxal və ixrac əməliyyatları üzrə sənədləşməyə nəzarət; Gömrük bəyannamələri, invoyslar, CMR və digər daşıma sənədlərinin yoxlanılması; Məhsulun (işin, xidmətin) maya dəyərinin və hesabat kalkulyasiyasının tərtib edilməsi; Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqların vaxtlı-vaxtında və dəqiq icra edilməsi. Mühasibatlıq komandasının idarə olunması və iş prosesinə rəhbərlik. Nəqliyyat və logistika xərclərinin düzgün uçota alınmasına nəzarət. Tələblər: Təhsil: Maliyyə, Mühasibat uçotu və audit, İqtisadiyyat sahəsində ali təhsil; Qanunvericilik biliyi: AR Vergi Məcəlləsini, Əmək Məcəlləsini və mühasibat uçotuna dair qüvvədə olan normativ-hüquqi aktları mənimsəmək, qanunvericilikdəki dəyişiklikləri davamlı olaraq izləmək və praktikada tətbiq etmək bacarığı; Proqram təminatı: 1C (8.3 versiyası) mühasibatlıq proqramında sərbəst işləmək bacarığı; Ofis proqramları: MS Office paketini, xüsusilə MS Excel proqramını operativ və yüksək səviyyədə bilmək; Analitik düşünmə, detallara qarşı diqqətli olma, rəqəmlərlə işləmək və yaranan problemləri təmkinlə həll etmək bacarığı; PMS sertifikatının olması üstünlükdür; Azərbaycan dilində yüksək səviyyədə şifahi və yazılı işgüzar ünsiyyət bacarığı (ingilis dili üstünlükdür); Müvafiq sahədə ən azı 5 il davamlı iş təcrübəsi. İş şərtləri: İş günləri: 5 günlük iş qrafiki İş yeri: Yasamal rayonu. Mirəli Seyidov 93A Əməkhaqqı: 2000 Azn Maraqlanan namizədlərdən mövzu hissəsində “Baş Mühasib” qeyd etməklə şəkilli CV-lərin Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. E-mail: [email protected] Müraciət: https://busy.az/vacancy/207921/bas-muhasib
ADVERTISEMENT