Visa, MasterCard və Banklararası Kart Mərkəzi (BKM) sistemləri üzrə gündəlik təqdim olunan hesabatlar əsasında klirinq əməliyyatlarını həyata keçirmək:Visa beynəlxalq ödəniş sistemi üzrə VSS hesabatı;MasterCard beynəlxalq ödəniş sistemi üzrə Master Report hesabatı;BKM sistemi üzrə IBCS hesabatı.Bank müştərilərinin kartları vasitəsilə ölkə daxilində və ya xaricdə digər prosessinq mərkəzlərinə məxsus bankomatlarda və POS-terminallarda həyata keçirdikləri şübhəli əməliyyatları araşdırmaq və müvafiq tədbirləri görmək;Visa və MasterCard beynəlxalq ödəniş sistemləri tərəfindən təqdim olunan hesab-fakturaları, eləcə də təchizatçılar tərəfindən təqdim edilən aylıq hesab-fakturaları yoxlamaq, müvafiq aktları tərtib etmək, sifariş ərizələrini hazırlamaq və aidiyyəti struktur bölməsinə göndərmək;Visa və MasterCard beynəlxalq ödəniş sistemləri üzrə rüblük hesabatları yoxlamaq;Visa, MasterCard və BKM tərəfindən təqdim olunan yeni qaydaları və dəyişiklikləri izləmək, onların tətbiqi ilə bağlı müvafiq işləri həyata keçirmək;Ödəniş sistemləri ilə bağlı biznes layihələri üzrə işləri həyata keçirmək və müvafiq struktur bölmələri ilə əməkdaşlıq etmək;Kart məhsulları üzrə yeni ticarət məntəqələrini müvafiq sistemdə yaratmaq;Bankın digər struktur bölmələrindən şöbəyə daxil olan sorğuları araşdırmaq və cavablandırmaq.
Üstünlüklərimiz:
Təlim və inkişaf imkanları.Rahat iş mühiti və peşəkar inkişaf üçün geniş imkanlar.Könüllü tibbi sığorta proqramında iştirak.Əməkdaşlıq və qarşılıqlı dəstəyə əsaslanan mehriban komanda mühiti.
Tələblər:
İqtisadiyyat, maliyyə və ya müvafiq sahə üzrə ali təhsil;Müvafiq sahə üzrə 1–3 il iş təcrübəsi;Ödəniş sistemləri və bank əməliyyatları üzrə əsas biliklər;Ödəniş əməliyyatlarına dair sənəd və məlumatları yoxlamaq, emal etmək və təhlil etmək bacarığı;Böyük həcmli məlumatlarla işləmək, uyğunsuzluqları müəyyən etmək və detallara diqqət yetirmək bacarığı;Rus dilində sərbəst danışıq və yazı bacarığı;İngilis dili üzrə ən azı B1–B2 səviyyəsində bilik;Analitik və məntiqi düşünmə, problemləri operativ həll etmə bacarığı.
Vakansiya növü: Tam ştat
Vəzifə səviyyəsi: Mütəxəssis
Şirkət: Unibank Kommersiya Bankı
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/unibank/unibank-beynelxalq-odenis-sistemleri-ile-elaqeler-sobesinin-bas-mutexessisi-33149496/apply