Vəzifə öhdəlikləri
Biznes inkişafı üzrə menecerə gündəlik işlərin təşkilində və idarə edilməsində dəstək göstərmək;
Bazar araşdırmalarının aparılmasında, yeni müştəri və biznes imkanlarının müəyyən edilməsində iştirak etmək;
Müştərilər, tərəfdaşlar və potensial biznes əlaqələri ilə ünsiyyət qurmaq;
Kommersiya təkliflərinin, hesabatların, təqdimatların və digər işgüzar sənədlərin hazırlanmasında iştirak etmək;
Microsoft Excel vasitəsilə məlumatların işlənməsi, təhlili, cədvəllərin və hesabatların hazırlanmasını həyata keçirmək;
Satış göstəricilərini, sifarişləri və digər biznes məlumatlarını izləmək və sistemləşdirmək;
Görüşlərin, danışıqların və işgüzar səfərlərin təşkilinə dəstək olmaq;
Rəhbərliyin tapşırıqlarını vaxtında və dəqiq yerinə yetirmək.
Namizədə tələblər
Cins: kişi
Ali təhsil;
Microsoft Office proqramlarını yüksək səviyyədə bilmək (xüsusilə Microsoft Excel);
Excel-də düsturlar, funksiyalar, PivotTable və məlumatların təhlili ilə işləmək bacarığı;
Word və PowerPoint proqramlarında sərbəst işləmək, Outlook və digər MS Office alətlərindən istifadə etmək bacarığı;
Şəxsi avtomobilin olması mütləqdir;
Sürücülük vəsiqəsinin olması və avtomobili aktiv idarə etmək bacarığı;
Analitik düşüncə, məsuliyyətlilik və detallara diqqət;
Güclü ünsiyyət və təşkilatçılıq bacarıqları;
Operativlik, təşəbbüskarlıq və komandada işləmək bacarığı;
Azərbaycan və rus dillərini bilmək, ingilis dili biliyi üstünlükdür.
Şirkət təklif edir
Rəqabətədavamlı əməkhaqqı;
İş nəticələrinə uyğun inkişaf və karyera imkanları;
Peşəkar komandada iş təcrübəsi;
Vəzifə üzrə bilik və bacarıqların inkişaf etdirilməsi.
Tələblərə uyğun namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Vakansiyanın adını qeyd etmək mütləqdir!
Qeyd: Şəxsi avtomobilin olması və MS Excel proqramını yüksək səviyyədə bilmək əsas seçim meyarlarıdır.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/198835/biznes-inkisafi-uzre-menecerin-assistenti
ADVERTISEMENT
We use cookies Analytics only with your consent; essential cookies are always on.Privacy policy