
Bakı1
Biznes proseslərinin idarəedilməsi üzrə admin
Biznes proseslərinin idarəedilməsi üzrə admin
Negotiable
VerifiedToday
Description
Nə təklif edirik?
“Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
Könüllü tibbi sığorta (ailə paketi);
Peşəkar komanda ilə işləmək fürsəti;
İşçinin inkişafı üçün təlim, tədris proqramları.
İşin təsnifatı:
Biznes proseslərinin AS-IS və TO-BE modellərinin proses xəritələrini, RACI matrisləri hazırlamaq prosesində iştirak etmək;
Biznes prosesləri, daxili normativ sənədlər, nəzarət tədbirləri və uyğunsuzluqlar üzrə müvafiq reyestrləri aparmaq;
Daxili normativ sənədlərin razılaşdırılması, təsdiqi, qüvvəyə minməsi, yenilənməsi və ləğvi mərhələlərinin koordinasiyasını aparmaq;
Biznes proseslərinin idarə edilməsi üzrə görüşlərin təşkilinə, nəticələrin sənədləşdirilməsinə və razılaşdırılmış tapşırıqların izlənilməsini təmin etmək;
Struktur bölmənin fəaliyyəti üzrə sənəd və məlumat dövriyyəsini təşkil etmək, məlumatları, müraciət və sorğuları qəbul etmək, qeydiyyata almaq və aidiyyəti üzrə yönləndirmək;
Proqram təminatlarından istifadə etməklə vizual materiallar və təqdimatlar hesabatlar, arayışlar və digər işçi sənədləri hazırlamaq.
Tələblər:
Biznesin idarə edilməsi, menecment, iqtisadiyyat,hüquq və ya digər uyğun ixtisas üzrə ali təhsil;
Biznes prosesləri, keyfiyyətin idarə edilməsi və ya digər müvafiq sahə üzrə 2 il iş təcrübəsi;
Canva, Microsoft Word, Excel, PowerPoint proqramlarında və süni intellekt alətləri ilə işləmək bacarığı;
Elektron sənəd dövriyyəsi sistemlərində işləmək bacarığı;
CEM, PMP, NEBOSH və ya IFMA/FMP kimi beynəlxalq sertifikatların olması üstünlükdür.
İş şəraiti:
İş rejimi: 5 günlük
İş yeri: Bakı şəhəri
CV-lərinizi “Biznes proseslərinin idarəedilməsi üzrə admin” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/205313/biznes-proseslerinin-idareedilmesi-uzre-admin
ADVERTISEMENT






