
2
Biznesin inkişafı üzrə mütəxəssis (B2B sales manager)
Biznesin inkişafı üzrə mütəxəssis (B2B sales manager)
800 ₼
VerifiedYesterday
Date
Views2
Number№5942873
Description
Komandamıza təcrübəli B2B satış mütəxəssisi axtarırıq. İlk zəngdən müqavilə imzalanana qədər satış prosesini siz aparacaqsınız.
Vəzifə öhdəlikləri
Daxil olan zəng və müraciətlərin cavablandırılması
Yeni müştərilərin axtarışı, şirkət sahibləri və qərar verən şəxslərlə əlaqənin qurulması
Görüşlərin keçirilməsi və agentliyin xidmətlərinin təqdimatı
Komanda ilə birlikdə kommersiya təkliflərinin hazırlanması
Danışıqların aparılması və müqavilələrin bağlanması
Sövdələşmələrin CRM sistemində aparılması
Namizədə tələblər
B2B satış sahəsində ən azı 3 il iş təcrübəsi
Şirkət sahibləri və qərar verən şəxslərlə danışıq təcrübəsi
Meta və Google reklamının əsaslarını bilmək: lid, konversiya, bir müraciətin qiyməti, retarqetinq (reklamı qurmaq tələb olunmur)
Azərbaycan və rus dillərində sərbəst ünsiyyət
Üstünlüklər
İngilis dilini bilmək
Digital, IT və ya konsaltinq xidmətlərinin satışı üzrə təcrübə
İş şəraiti
Əmək haqqı: 800-1 200 AZN, təcrübədən asılı olaraq
Bonus: portfelinizdəki müştərilərin agentlik xidmətləri üçün aylıq ödənişindən 10%, müştəri bizimlə işlədiyi müddətdə
Saytdan gələn müraciətlər və zənglər birbaşa sizə yönləndirilir
Müştərinin reklam kabinetinin pulsuz auditini tarqetoloq hazırlayır, kommersiya təklifi komanda ilə birlikdə tərtib olunur
İş yeri: Bakı, Old Town Plaza
Maraqlanan namizədlər CV-lərini və özləri haqqında qısa məlumatı Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu sətrində «B2B sales manager» qeyd olunmalıdır.
Maaş: 800 AZN
Son müraciət tarixi: 13.12.2026
Müraciət: https://jobsearch.az/vacancies/shukurov-marketing-group-biznesin-inkisafi-uzre-mutexessis-b2b-sales-manager-156117
ADVERTISEMENT








