Prayk

Briqada üzvü (Zal)

500 ₼
Verified1 months ago
City
Bakı
Date
Views
8
Number
№2207719

Description

AR Əmək Məcəlləsinə uyğun rəsmləşdirilmə 6 günlük (növbəli) iş qrafiki 500 AZN (net) əmək haqqı + əlavə iş saatlarına görə ödəniş Nahar şirkət tərəfindən təmin edilir Ödənişsiz təlimlər, gənc və dinamik kollektivdə sürətli karyera artımı Maraqlanan şəxslər 077-438-14-15 əlaqə nömrəsinə yazmaqla vəzifəni göstərərək vakansiya müraciət edə bilər. Tələblər: Orta və ya ali təhsil Yaş həddi 18 – 35 aralığı Gülərüz, səliqəli, məsuliyyətli və operativ işləmə bacarığı Komandada işləmək həvəsi və çevik öyrənmə qabiliyyəti Karyera yüksəlişinə maraq və inkişaf istəyi Vəzifə öhdəlikləri: Qonaqları səmimi qarşılamaq, menyunu təqdim etmək və sifarişləri dəqiq qəbul etmək Sifarişlərin vaxtında və təqdimat standartlarına uyğun çatdırılmasını təmin etmək Masaların, oturacaqların, zalın ümumi təmizliyinə və masaüstü aksessuarların (duz, istiot, salfet və s.) doluluğuna nəzarət etmək Masaların dərhal təmizlənməsini (boş qabların və tullantıların yığılmasını) təmin etmək Növbə başlayarkən və bitərkən zal stansiyasını işə hazırlamaq və təhvil vermək Qonaqlara diqqətli və təbəssümlə xidmət göstərərək müsbət atmosfer yaratmaq Qida allergiyası və ya xüsusi pəhriz tələbi olan müştərilərə menyu seçimində düzgün məsləhətlər vermək Müştəri şikayətlərini təmkinlə dinləmək və həlli üçün dərhal Növbə Menecerinə məlumat vermək Qonaqların rəy və təkliflərini qeydə alaraq rəhbərliyə bildirmək Yeni məhsulları, promo-aksiyaları və xüsusi təklifləri qonaqlara fəal təqdim etmək Əlavə satış texnikalarından (Upselling/Cross-selling) istifadə edərək orta çek məbləğini artırmaq Sifarişləri Kassa / POS sisteminə dərhal və səhvsiz daxil etmək Hesabı vaxtında təqdim etmək və ödənişləri (nağd/nağdsız) tam və dəqiq həyata keçirmək Maaş: 500 AZN Yaş: 18-35 Təhsil: Orta İş təcrübəsi: 1 ildən aşağı

© Pizza Mizza MMC boss.az — The text, photos and other materials of this listing belong to their rights holders.

The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.

ADVERTISEMENT
WhatsApp