
Büdcə və hesabatlılıq üzrə baş mütəxəssis

Negotiable
Büdcə və hesabatlılıq üzrə baş mütəxəssis
VerifiedToday
Description
Vəzifə öhdəlikləri:Şirkətin illik büdcəsinin hazırlanmasında iştirak etmək; Aylıq, rüblük və illik büdcə icrasını təhlil etmək və müvafiq hesabatlar hazırlamaq; Faktiki göstəriciləri büdcə və proqnoz göstəriciləri ilə müqayisə etmək, kənarlaşmaları təhlil etmək; Maliyyə və idarəetmə hesabatlarının hazırlanmasınında iştirak; Rəhbərlik üçün analitik hesabat və təqdimatlar hazırlamaq; Büdcə planlaması üzrə struktur bölmələri ilə koordinasiyalı işləmək; Mühasibat əməliyyatlarının tranzaksiyaların düzgünlüyünü yoxlamaq və ay bağlanışı prosesində iştirak;
Namizədə dair tələblər: · ACCA sertifikatlarının (minimum F3, F7) olması; ERP (1C bilikləri arzuolunandır) və MS Office proqramları üzrə yüksək bilik və bacarıqlar; Analitik düşünmə, rəqəmlərlə işləmə və hesabat hazırlama bacarığı; Məsuliyyətlilik, dəqiqlik və detallara diqqət.
Xüsusi tələblər: Maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat üzrə ali təhsil; İş təcrübəsi: Maliyyə sahəsi üzrə minimum 3-5 il İngilis dili biliyi
İş şərtləri: İş saatı: 09:00-18:00 (Bazar ertəsi-Cümə) Nahar şirkət tərəfindən təmin edilir Ağdam rayonunda yaşayış yeri şirkət tərəfindən təmin edilirİş yeri: Ağdam rayonu Əmək haqqı ştat cədvəlinə uyğun olaraq Müraciət üçün son tarix: 31.10.2026 CV-lərinizi [email protected] ünvanına “Büdcə və hesabatlılıq üzrə baş mütəxəssis” başlığı ilə göndərə bilərsiniz.
Qeyd: Yalnız vakansiyaya uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiya növü: Tam ştat
Şirkət: Zəfər bağları
Yer: Ağdam, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/zafarbaglari/zafarbaglari-budce-ve-hesabatliliq-uzre-bas-mutexessis-40610303/apply
Similar listings















