Prayk
Çağrı mərkəzi operatoru — Satış
600 ₼

Çağrı mərkəzi operatoru

VerifiedToday
Category
Sales
Date
Views
4
Number
№5846732

Description

Tələblər: Staj: 1 il Dil bilikləri: Rus dili biliyi mütləqdir Cinsi: Qadın Komputer bilikləri: Microsoft Office proqramları Təhsil: Orta ixtisas və ya bakalavr Yaş həddi: 20-45 yaş Azərbaycan və Rus dillərində sərbəst, aydın və səlis danışıq qabiliyyəti; Effektiv ünsiyyət və aktiv dinləmə bacarığı; Müştərinin müraciətini düzgün təhlil etmək və ehtiyaclarını müəyyənləşdirmək bacarığı; Problemləri operativ təhlil etmək və həll yolları təklif etmək bacarığı; Eyni zamanda bir neçə tapşırığı idarə etmək (multitasking) bacarığı; Müştəri etirazları və mürəkkəb müraciətlərlə işləmək bacarığı; Fikirlərini düzgün ifadə etmək və məlumatı qarşı tərəfə aydın çatdırmaq bacarığı. Şəxsi keyfiyyətlər: Yüksək ünsiyyət və davranış mədəniyyəti ; Səbirli, nəzakətli və təmkinli olmaq; Stressə davamlılıq və emosional özünənəzarət; Məsuliyyətli və intizamlı olmaq; Diqqətli və detallara qarşı həssas olmaq; Operativ və çevik qərarvermə qabiliyyəti; Komandada işləmək bacarığı; Öyrənməyə və yeniliklərə açıq olmaq; Müştəri məmnuniyyətinə yönümlülük. İş təsviri: Daxil olan telefon zənglərinin cavablandırılması və müştərilərin müraciətlərinin qəbul edilməsi Müştərilərə şirkətin məhsul, xidmət və fəaliyyət istiqamətləri haqqında düzgün və dolğun məlumatın təqdim edilməsi; Müştərilərin suallarının cavablandırılması və aranmış problemlərin operativ həll edilməsi; Müştəri müraciətlərinin müvafiq informasiya sistemində qeydiyyata alınması və məlumatların düzgün daxil edilməsi; Həll edilməsi operatorun səlahiyyətləri daxilində olmayan müraciətlərin aidiyyəti struktur bölmələrə yönləndirilməsi; Müraciətlərin icra vəziyyətinin izlənilməsi və zəruri hallarda müştərinin məlumatlandırılması; Müştərilərlə ünsiyyət zamanı şirkətin müəyyən etdiyi xidmət standartlarına və davranış qaydalarına riayət edilməsi; Müştəri narazılıqlarının və şikayətlərinin qəbul edilməsi, müvafiq prosedurlara uyğun idarə olunması; Gündəlik fəaliyyət üzrə müəyyən edilmiş keyfiyyət və məhsuldarlıq göstəricilərinin yerinə yetirilməsi; İş şəraiti: İş rejimi: 6 günlük İş saatı: 09:00 – 17:00, 10:00-18:00 Şənbə günü qısa iş günü İstirahət: Bazar günü Ayda 1 dəfə Bazar günü iş günü olur və həmin günün əvəzi olaraq həftə içi istirahət verilir. Əmək haqqı: 600 AZN Ünvan: Bakı şəhəri, Əhməd Rəcəbli 50 C, Baku Service Company, Omidlə üz –üzə (SAMSUNG) Qeyd olunan tələblərə cavab verən şəxslər mövzu başlığında “Çağrı mərkəzi operatoru” qeyd edərək Cv – lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Maaş: 600 AZN Son müraciət tarixi: 11.12.2026 Müraciət: https://jobsearch.az/vacancies/baku-service-company-cagri-merkezi-operatoru-155833
ADVERTISEMENT