Prayk

Çilingər (Slesar) - təmirçi usta

Negotiable
Verified2 months ago
City
Bakı
Date
Views
18
Number
№2132350

Description

- Metal istehsalı müəssisəsində olan köhnə tipli tokar və frez dəzgahlarına "bir dəfəlik tam texniki baxış və təmir"  üçün uzun illər təcrübəsi olan peşəkar usta axtarılır - İş daimi deyil — bir dəfəlik baxış və ehtiyac yarandıqda təmir işidir - Ödəniş dəzgahların vəziyyəti və görüləcək işin həcmi müəyyən edildikdən sonra razılaşdırılacaq - Müraciət edən ustanın neçə il təcrübəsi olduğu, hansı müəssisələrdə işlədiyi və hansı növ dəzgahları təmir etdiyi barədə məlumat verməsi xahiş olunur. - Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Neftçilər küçəsi, giriş 62 Tələblər: - Tokar və frez dəzgahlarının təmiri üzrə uzunillik real təcrübə - Köhnə tipli, mexaniki və klassik sənaye dəzgahlarını dərindən tanıması - Nasazlığı yalnız təxmin etmədən, səbəbini dəqiq müəyyənləşdirə bilməsi - Dəzgahların sökülməsi, yığılması, sazlanması və dəqiqliyinin yoxlanılması üzrə peşəkar bacarıq - Müxtəlif istehsal müəssisələrində slesar-təmirçi və ya dəzgah təmirçisi kimi çalışmış olması Vəzifə öhdəlikləri: - Tokar və frez dəzgahlarına yerində ətraflı texniki baxış keçirmək - Dəzgahların mexaniki nasazlıqlarını dəqiq müəyyənləşdirmək və bərpa etmək, bütün mexanizmləri yoxlamaq hər hansı bir çatışmazlığı və problemi bərpa etmək - Sökülməsi tələb olunan hissələri sökmək, təmir etmək və düzgün yığmaq - Dəyişdirilməli və ya hazırlanmalı detalların dəqiq siyahısını vermək - Dəzgahları sazlamaq, sınaqdan keçirmək və işlək vəziyyətdə təhvil vermək - Sonrakı istismar və profilaktik baxışla bağlı tövsiyələr vermək İş təcrübəsi: 5 ildən artıq

© Metal Trade MMC boss.az — The text, photos and other materials of this listing belong to their rights holders.

The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.

ADVERTISEMENT
WhatsApp