İnsektal damcıları itlərin ektoparazitlərlə mübarizəsi üçün istifadə edilir. İtlərə 3 aylıq yaşdan etibarən entomoz, otodektoz, notoedroz, sarkoptoz və ixodid gənələrinə qarşı mübarizədə təyin edilir. İnsektal damcıları heyvanlara damcı üsulu ilə („spot on“) dəriyə tətbiq olunur. Dərman preparatı, tükləri aralayaraq, boyun nahiyəsində, kəllə əsasında və ya kürək arasında (heyvanın yalaya bilməyəcəyi yerlərə) quru və sağlam dəriyə vurulur. Heyvana bir dəfə tətbiq olunandan sonra dərman vasitəsinin qoruyucu təsir müddəti gənələrə qarşı 30 günə, həşəratlara qarşı isə 2 aya qədər davam edir.