Prayk

Debitor və kreditorlarla hesablaşmalar üzrə mütəxəssis

Negotiable
Verified1 weeks ago
Category
Finance
Date
Number
№2707977

Description

Tələblər: Ali təhsil (maliyyə və muhasibatlıq sahəsi üzrə); Sahə üzrə ən azı 2 il iş təcrübəsi; Mühasibatlıq bilikləri; Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları); Komandada işləmək bacarığı. Vəzifə öhdəlikləri: Tədarükçülər və müştərilərlə daimi üzləşmələrin aparılması və bununla bağlı maliyyə nəzarətinin həyata keçirilməsi, müvafiq aktların bağlanılması və ümumi təhlilin aparılması; Debitor və kreditorlarla hesblaşmalardan yaranan digər fəaliyyətlərin həyata keçirilməsi; Proseslərin və xərclərin optimallaşdırılması; Avans hesablarının gündəlik izlənilməsi, xərc və gəlirlərin düzgün uçotunun aparılmasına və balansa nəzarət; Hesab-fakturalar və digər sifarişlərlə əməliyyatlar zamanı yaranan problemlərin həll edilməsi; Mühasibat uçotunda və yekun maliyyə vəziyyəti hesabatlarında əks olunan qarşılıqlı debitor və kreditor qalıqlarının təsdiqlənməsi; Açıq qalan məbləğlərin mütəmadi təhlillərinin aparılması və şirkətin daxili siyasətinə uyğun olaraq idarə edilməsi; Maliyyə hesabatlarının hazırlanması; Mühasibat yazılışlarını mütəmadi nəzərdən keçirmək, araşdırmaların aparılması. İş şəraiti: 5 günlük iş qrafiki; İş yeri: Bakı, Hüseynbala Əliyev 32/24 Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir. Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Debitor və kreditorlarla hesablaşmalar üzrə mütəxəssis” üzrə yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır. Son müraciət tarixi: 21.10.2026

© Kristal jobsearch.az — The text, photos and other materials of this listing belong to their rights holders.

The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.

Similar listings