Flixo direl perforator dəsti ev təmiri, tikinti və emalatxana işlərində müxtəlif səthlərin deşilməsi, sökülməsi və kəsilməsi işləri üçün nəzərdə tutulub. Akkumulyatorlu işləmə prinsipi kabellərdən asılı olmadan sərbəst hərəkət etməyə və elektrik mənbəyi olmayan yerlərdə rahat işləməyə şərait yaradır.
Dəst 6 hissədən ibarətdir və tərkibinə aşağıdakı alətlər daxildir:
Perforator — daş, beton, metal və ağac səthləri dəşmək və deşiklər açmaq üçün istifadə olunur.
Laqonda (bucaq cilalama maşını) — metal və digər bərk materialları kəsmək və cilalamaq üçün istifadə olunur.
İki ədəd lityum akkumulyator — alətləri kəsilməz enerji ilə təmin etmək üçün istifadə olunur.
Şarj cihazı — akkumulyatorları doldurmaq üçün istifadə olunur.
Plastik çamadan — alətləri bir yerdə saxlamaq və daşımaq üçün istifadə olunur.