



600 ₼
Dispetçer tələb olunur
VerifiedToday
Description
BOLT BİZNES PARK-A DİSPETÇER XANIMLAR TƏLƏB OLUNUR!
Taksi parkımızın idarə olunması və sürücülərə gündəlik nəzarət üçün məsuliyyətli xanımları komandamıza dəvət edirik.
Vəzifə öhdəlikləri:
Səhər saatlarında sürücülərlə əlaqə saxlayaraq onları vaxtında işə başlamağa yönləndirmək.
Sürücülərin gündəlik işə çıxışına və iş qrafikinə nəzarət etmək.
Avtomobillərin iş fəaliyyətini gün ərzində izləmək.
Avtomobillərdə quraşdırılmış onlayn kameralar vasitəsilə salon daxilinə nəzarət etmək.
Sürücülərin iş qaydalarına və daxili intizama əməl etməsini izləmək.
Sürücülərlə daim əlaqədə olmaq, yaranan problemləri operativ həll etmək.
Avtomobillərin vəziyyəti və iş prosesi ilə bağlı rəhbərliyə məlumat vermək.
Günün sonunda avtomobillər üzrə gündəlik gəlirləri və sürücü qazancını hesablamaq.
Gündəlik maliyyə hesabatlarını hazırlamaq.
Sürücülərin gün ərzində əldə etdikləri gəliri iş gününün sonunda taksi parkının bank kartına köçürmələrinə nəzarət etmək.
Namizədə tələblər:
Məsuliyyətli, diqqətli və intizamlı olmaq.
Telefon və kompüterdən istifadə bacarığı.
Ünsiyyət və təşkilatçılıq qabiliyyəti.
Operativ qərar vermək və tapşırıqları vaxtında yerinə yetirmək.
Daimi nəzarət və koordinasiya işinə hazır olmaq.
İş şəraiti:
Evdən və ya ofisdən işləmək imkanı.
Komanda ilə işləmək.
İş prosesi və proqramlar üzrə təlim verilir.
Sabit gəlir + əlavə bonus.
Uzunmüddətli əməkdaşlıq.
Bu iş sadəcə telefon zənglərindən ibarət deyil. Dispetçer avtomobillərin və sürücülərin gündəlik fəaliyyətinə səhərdən axşama qədər nəzarət edən, iş prosesini idarə edən və günün sonunda maliyyə hesabatını hazırlayan əməkdaşdır.
Əlaqə və müraciət:
055 868 66 66
Yalnız ciddi və məsuliyyətli namizədlərin müraciət etməsi xahiş olunur.
Listing source
Open the original listing© Taksi Parkı tap.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.
ADVERTISEMENT














