Prayk

Ehtiyat Hissələri Departament Müdiri

Negotiable
VerifiedYesterday
CityBakı
CategorySales

№6408043·Views: 12

Description

Namizədə olan tələblər: Ali təhsil; Ehtiyat hissələri (xüsusən ağır texnikalar) üzrə rəhbər kimi 5 il təcrübə; Azərbaycan dili səlis, ingilis və rus dillərini yaxşı səviyyədə bilmək. Vəzifə öhdəlikləri: İllik satış planının hazırlanması və kanallar üzrə bölüşdürülməsi; Korporativ müştəri portfelinin idarə olunması və müqavilələrin bağlanması; 15 mağazadan ibarət pərakəndə şəbəkənin idarə olunması, mağaza qalığına və kassa intizamına nəzarət; İri müştərilərin ehtiyyat hissə, texnika və servis satışı üzrə vahid kurasiyası; Powertrain ehtiyyat hissələri kateqoriyasının satışı — kateqoriya üzrə qiymət siyasəti; İri Müştərilərin İdarə Edilməsi Şöbəsinin (iri müştərilər, 5 vahid) idarə olunması: hesab planı, sorğuların  izlənməsi və eskalasiya; Dəqiq əkinçilik və R&D funksiyasının İri Müştərilərin İdarə Edilməsi Şöbəsinin tərkibində idarə olunması; Satış tenderlərində iştirak, təklifin hazırlanması və təqdimi (Tədarük bölməsinin qiymət dəstəyi ilə); Yerli tələbin toplanaraq Ehtiyyat Hissələrinin Tədarükü Bölməsinə ötürülməsi; Debitor borcun izlənməsi və mühasibatlıqla birgə yığım tədbirləri. İş şərtlərimiz: Əmək haqqı: müsahibə əsasında; İş qrafiki: Həftəiçi 5 gün (8:30-17:30); Servis və nahar mövcuddur; Ünvan: Binəqədi ray., Mədən küçəsi 4 (Baş Dövlət Yol polisinin yaxınlığı, Neptun Marketlə üzbəüz). Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Ehtiyat Hissələri Departament Müdiri” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. E-mail: [email protected] Müraciət: https://busy.az/vacancy/209103/ehtiyat-hisseleri-departament-mudiri
ADVERTISEMENT