Məhsul kodu: 428.1000.96; İstehsalçı ölkə: Azərbaycan; Xüsusiyyətləri: hər növ səthə yapışmaq qabiliyyəti olan və səthə daha gözəl görüntü verən, çatlamayan və tökülməyən, yüksək keyfiyyətli silikon əsaslı fasad boyasıdır. Su əsaslı olduğu üçün qoxusu yoxdur, ətraf mühitin dostudur. Atmosfer şəraiti və günəş şüalarına qarşı dayanıqlıdır.; Tətbiqi: binaların çöl divarlarında, daha əvvəl boyanmış və rəngini itirmiş səthlərdə və məcun ilə alt səth hazırlığı olunmuş səthlərdə son qat boya olaraq istifadə edilir. Dekorativ məqsədlər üçün iç divarlarda da istifadə edilə bilər.; Quruma müddəti: (20°C/65% nisbi rütubətdə): 1 saat ərzində quruyur. Tam quruma vaxtı 24 saatdır.; Saxlanma müddəti: 2 ildir (ağzı açılmamış orijinal qutuda, sərin yerdə, donmaqdan və birbaşa günəş şüalarının təsirindən qorumaq şərti ilə).
© omid.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.