
Bakı11
Elektrik mühəndisi
Elektrik mühəndisi
Negotiable
Verified1 weeks ago
CityBakı
Date
Views11
Number№5198991
Description
Əsas vəzifə öhdəlikləri:
Mağaza layihəsinə uyğun olaraq elektrik xətlərinin, işıqlandırma sistemlərinin və güc avadanlıqlarının çəkilişi və quraşdırılması işlərinin təşkilini və icrasını təmin etmək;
Podratçı tərəfindən həyata keçirilən işlərin keyfiyyətinə, elektrik təhlükəsizliyi qaydalarına və təsdiq edilmiş iş qrafikinə uyğunluğuna birbaşa sahədə nəzarət etmək;
Layihə üçün tələb olunan elektrik materiallarının (kabellər, avtomatlar, işıqlandırma cihazları, elektrik lövhələri və s.) keyfiyyətinə, texniki spesifikasiyalara və miqdarına uyğunluğunu yoxlamaq;
Tamamlanmış elektrik sistemlərinin sınaqlarının (yük sınaqları, torpaqlama sisteminin yoxlanılması və s.) keçirilməsini təmin etmək, aşkar edilmiş nöqsanların aradan qaldırılmasına nəzarət etmək və obyektin təhvil-təslim prosesini həyata keçirmək;
İşlərin gedişatı və tamamlanma müddətləri barədə rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək.
Tələb olunan bilik və bacarıqlar:
Elektrik sxemlərini və işçi layihələri sərbəst oxumaq, sahədə düzgün tətbiq etmək bacarığı;
Daxili işıqlandırma sistemləri, güc paylama lövhələri (panolar) və torpaqlama sistemləri üzrə dərin biliklər;
Elektrik təhlükəsizliyi norma və standartları barədə məlumatlılıq;
Podratçılarla iş prosesində tələbkar və prinsipial yanaşma nümayiş etdirmək bacarığı;
Diqqətlilik, detallara həssas yanaşma və nöqsanları vaxtında aşkar etmək bacarığı;
Stressə davamlılıq və layihələrin müəyyən edilmiş müddətlərdə tamamlanmasını təmin etmək bacarığı.
Tələb olunan təhsil, iş təcrübəsi:
Ali təhsil (Müvafiq sahə üzrə);
Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
Sahə işlərinə və ezamiyyətlərə hazır olmaq;
Avtomobil olması üstünlükdür.
İş şərtlərimiz:
İş qrafiki: Tam iş günü (5 gün);
İş saatları: 09:00-18:00;
İş yeri: Bakı, Aşıq Molla Cümə küç. 46 D
Biz nə təklif edirik:
Əmək bazarında rəqabətli əməkhaqqı;
Peşəkar komanda mühiti;
Şirkət hesabına korporativ nömrə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Elektrik mühəndisi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/201676/elektrik-muhendisi
ADVERTISEMENT









