Prayk

Əməliyyatlar üzrə mütəxəssis

Negotiable
Verified4 days ago
Category
HR, staffing
Date
Views
6
Number
№4691445

Description

Təsvir Sistem üzrə daxil olan sifarişlərn analizi, ərazi və çatdırılma tarixləri üzrə bölgü edilməsi; Sifarişi müşayiətedici sənədlərin çap olunması, eləcə də, sənədlərin tamlığının yoxlanılması; Sürücülərin və fəhlələrin gündəlik olaraq ərazilər üzrə təyin olunması; Gündəlik olaraq sifarişlərin cari statuslarının yoxlanılması və yenilənməsi; Təhvil verilmiş və geri qaytarılmış sifarişlərin sistem üzrə qeydiyyatının aparılması. Sənədlərin təhvil alınıb yoxlanması və arxivləşdirilməsi; Digər şöbələrdən, eləcə də, prosesdə iştirakçı tərəflərdən daxil olan sorğular əsasında daşınmalara aid sənədlərin və məlumatların təqdim olunması; Anbara yaxınlaşan müştərilərə yerində xidmət edilməsi, sifariş etdiyi məhsulun təhvil-təslimi, həmçinin sənədlərin imzalanması; Daxil olan müraciətlərin, zənglərin, elektron məktubların cavablandırılması, araşdırılması, həlli, və aidiyyəti üzrə yönləndirilməsi; Tabeliyində olan əməkdaşlar üçün ezamiyyət, məzuniyyət o cümlədən nəqliyyat vasitələr üçün lazımi sənədlərin hazırlanması üçün müraciətlərin göndərilməsi; Daxil olan sorğular əsasında yüklərin anbarlara, mağazalara, servis mərkəzlərinə və s. daşınması, o cümlədən, məhsulların müştəri ünvanından götürülməsinin təmin edilməsi; Birbaşa rəhbərinin tapşırığı ilə işə aid digər əməliyyatıarın icra edilməsi, eləcə də, hesabatların hazırlanıb, təqdim olunması. Tələblər Ali (bakalavr) təhsilinin olması; Dil bilikləri: Azərbaycan dili, rus dili (arzuolunan) bilməsi; Müvafiq sahədə minimum 1 il təcrübənin olması; MS office proqramlarında sərbəst işləməsi; Çatdırılma ərazisini yaxşı tanıması; Yükdaşıma və təhlükəsizlik qaydalarını bilməsi. Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. Son müraciət tarixi: 16.11.2026

© Kontakt Home jobsearch.az — The text, photos and other materials of this listing belong to their rights holders.

The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.

ADVERTISEMENT
WhatsApp