Ev köməkçisi axtarılır 🏠
Savalan ərazisində ev işlərinə kömək edəcək məsuliyyətli və səliqəli xanım axtarılır.
📌 İş qrafiki: həftədə 2 dəfə
💰 Ödəniş: günlük 30 AZN
Görüləcək işlər: • Ev işləri və təmizlik
• Yemək bişirmək
• Evdə gündəlik işlərə kömək
Mən işləyirəm. Yoldaşım smenli işdə çalışır və bəzi günlər evdə olur.
Uşaqlar bağçaya gedirlər. Xəstə olduqları və bağçaya gedə bilmədikləri günlərdə evdə qalacaqlar. Belə hallarda uşaqlara da nəzarət etmək lazım ola bilər.
Bundan əlavə, ehtiyac yarandıqda əlavə ödəniş qarşılığında əlavə çağırış ola bilər.
Səliqəli, məsuliyyətli, uşaqlara münasibəti yaxşı olan və uzunmüddətli işləmək istəyən xanımlara üstünlük verilir.