Vəzifə öhdəlikləri
Fiber-optik kabel xətlərinin çəkilişi və quraşdırılması işlərində iştirak etmək;
Kabel kanallarının, boruların və digər rabitə infrastrukturlarının tikintisində köməkçi işləri yerinə yetirmək;
Xəndək qazıntısı, kabel çəkilişi və ərazinin bərpası işlərində iştirak etmək;
Tikinti materiallarının və avadanlıqların daşınması, yüklənməsi və boşaldılması;
Briqadirin və sahə rəhbərinin tapşırıqlarını yerinə yetirmək;
Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət etmək.
Namizədə tələblər
Fiziki işlərdə çalışmaq qabiliyyəti;
Tikinti, kabel çəkilişi və ya infrastruktur sahəsində iş təcrübəsi üstünlükdür;
Komanda ilə işləmək bacarığı;
Məsuliyyətli, intizamlı və işə davamiyyətli olmaq;
Açıq hava şəraitində işləməyə hazır olmaq;
Bakı və regionlarda həyata keçirilən layihələrdə iştirak etməyə hazır olmaq;
Təcrübəsi olmayan, lakin işləmək və öyrənmək istəyən namizədlər də müraciət edə bilərlər.
İş şəraiti
Rəsmi əmək müqaviləsi;
Əməkhaqqı müsahibə zamanı müəyyən edilir;
Stabil və uzunmüddətli iş imkanı;
Peşəkar komandada işləmək və ixtisaslaşmaq imkanı;
İş yeri: Bakı və layihələr üzrə digər ərazilər.
© CONNEX · busy.az · The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.