Prayk
Feldşer / Offshore Paramedic — Tibb və farmakologiya
Negotiable

Feldşer / Offshore Paramedic

VerifiedToday

№6367321·Views: 11

Description

İş yeri: Dəniz neft-qaz platformaları İş qrafiki: Növbəli MediClub Klinikası dəniz neft-qaz obyektlərində həyata keçirilən tibbi xidmət layihəsi çərçivəsində peşəkar, məsuliyyətli və təcili tibbi yardım sahəsində praktik bacarıqlara malik feldşerləri komandamıza qoşulmağa dəvət edir. Namizədlərə əsas tələblər Müvafiq feldşer ixtisası üzrə orta ixtisas tibb təhsili və diplom; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş qüvvədə olan sertifikasiya şəhadətnaməsi; Təcili tibbi yardım, reanimasiya və ya istehsalat obyektlərində tibbi xidmət sahəsində praktik təcrübə; Ürək-ağciyər reanimasiyası (CPR), ilkin və təkmilləşdirilmiş təcili yardım prinsipləri üzrə bilik və bacarıqlar; Təcili tibbi vəziyyətlərdə operativ qərarvermə və komanda şəklində işləmək bacarığı; Dəniz şəraitində  rotasiya rejimində işləməyə fiziki və psixoloji hazırlıq; Tibbi sənədləşmə, hesabatlılıq və peşə etikası qaydalarına riayət etmək. Əsas vəzifə öhdəlikləri Dəniz platformasında çalışan əməkdaşlara ilkin və təcili tibbi yardım göstərilməsi; Kəskin koronar sindrom, ürək dayanması, tənəffüs çatışmazlığı, travmalar, yanıqlar və digər təxirəsalınmaz hallarda ilkin qiymətləndirmə və səlahiyyətləri çərçivəsində müdaxilə; CPR, AED və oksigen terapiyası üzrə müvafiq protokolların tətbiqi; Pasiyentlərin həyati göstəricilərinin monitorinqi və vəziyyətlərinin dinamik qiymətləndirilməsi; Təcili tibbi təxliyə (MEDEVAC) zamanı pasiyentin stabilləşdirilməsi və təxliyəyə hazırlanması; Tibbi məntəqədə dərman vasitələrinin, tibbi avadanlıqların və təcili yardım çantalarının daim istifadəyə hazır saxlanılması; Tibbi müraciətlərin, görülmüş müdaxilələrin və gündəlik fəaliyyətin sənədləşdirilməsi; İstehsalatda sağlamlıq və təhlükəsizlik (HSE) qaydalarına riayət edilməsi, fövqəladə hallara hazırlıq tədbirlərində iştirak. Üstünlük veriləcək əlavə kvalifikasiyalar Offshore və ya sənaye təbabəti sahəsində iş təcrübəsi; BLS, ACLS və ya digər beynəlxalq təcili tibbi yardım təlimləri üzrə qüvvədə olan sertifikatlar; BOSIET və müvafiq dəniz təhlükəsizliyi təlimləri üzrə sertifikatlar; İş şəraiti Dəniz platformasında rotasiya prinsipi əsasında növbəli iş rejimi; Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə; Əməkhaqqı və digər təminatlar müsahibə zamanı müzakirə olunacaq. Qeyd olunan tələblərə cavab verən namizədlərdən mövzu hissəsində müraciət etdikləri vəzifənin adını qeyd etməklə CV-lərini, təhsil diplomlarını, qüvvədə olan sertifikasiya şəhadətnamələrini və mövcud əlavə peşə sertifikatlarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Son müraciət tarixi: 25.12.2026

© MediClub jobsearch.az · The text, photos and other materials of this listing belong to their rights holders.

The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.

ADVERTISEMENT