Prayk

Fiziki təhlükəsizlik üzrə mühəndis

Negotiable
Verified2 weeks ago

№5672622·Views: 6

Description

Vəzifə və öhdəliklər Fiziki təhlükəsizlik sistemlərinin fasiləsiz və düzgün işləməsinə nəzarət etmək; CCTV, girişə nəzarət (ACS) ,Turniket ,Domofon və siqnalizasiya sistemlərində yaranan nasazlıqları müəyyənləşdirmək və aradan qaldırmaq; Giriş kartları və giriş hüquqları ilə bağlı sorğuları icra etmək; Sistemlərin quraşdırılması, yenilənməsi və yenidən qurulması işlərində iştirak etmək; Görülən işlər və texniki problemlər üzrə qeydlər aparmaq. Tələblər Təhsil: İnformasiya texnologiyaları, telekommunikasiya, elektronika və ya əlaqəli sahə üzrə ali və ya orta ixtisas təhsili. Təcrübə: CCTV, girişə nəzarət (ACS) ,Turniket ,Domofon və siqnalizasiya sistemlərinin quraşdırılması və ya texniki dəstəyi üzrə ən azı 1 il iş təcrübəsi. Texniki bacarıqlar: Təhlükəsizlik sistemləri üzrə biliklər: CCTV (videomüşahidə), ACS (Girişə nəzarət), Domofon, Turniket, Yanğın/Mühafizə siqnalizasiyası və digər sistemlərin qurulması və iş prinsiplərini bilmək; Vendor təcrübəsi: Dahua, Hikvision, Hiwatch, ZKTeco kimi aparıcı brendlərin avadanlıqları və proqram təminatları (CMS/VMS) ilə işləmək; Texniki dəstək: Sistemlərdə baş verən texniki nasazlıqları diaqnostika etmək və aradan qaldırmaq; İstifadəçi idarəetməsi: Giriş kartlarının proqramlaşdırılması, istifadəçilərin sistemdə qeydiyyatı və giriş hüquqlarının tənzimlənməsi; Şəbəkə bilikləri: IP ünvanlama, şəbəkə avadanlıqlarının sazlanması və IP şəbəkələri üzrə bazis biliklərə malik olmaq. Səriştələr: Problemləri təhlil etmək və həll yolu tapmaq; Məsuliyyətli və diqqətli olmaq; Texniki sorğulara operativ reaksiya vermək; Komandada işləmək və ünsiyyət qurmaq; İşləri planlaşdırmaq və prioritetləşdirmək. Əmək haqqı: Müsahibə zamanı təyin olunacaq Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Son müraciət tarixi: 06.12.2026

© Bestcomp Group jobsearch.az · The text, photos and other materials of this listing belong to their rights holders.

The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.

ADVERTISEMENT