2025/26 mövsümünün ev forması, klubun zəngin tarixindən ilhamlanan retro dizayn nümunəsidir. Formanın üzərində, bu il anımını qeyd etdiyimiz klub əfsanəsi Anatoli Banişevskinin 80 illik yubileyinə həsr olunmuş xüsusi bir təsvir yer alır. Bu forma, şanlı keçmişimizə və iddialı gələcəyimizə ehtiramın simvoludur.