GEFEST 6100-02 0183 Solo Qaz Plitəsi və Sobası, Qəhvəyi
Klassik şokolad-qəhvəyi rəngdə, 60x60 sm ölçülü geniş bişirmə səthinə sahib döşəməüstü solo qaz plitəsi və çoxfunksiyalı qaz sobası. Emallı polad səth asan təmizlənir, ağır çuqun barmaqlıqlar böyük qazan və tavalar üçün sabit dayaqlıq verir. Düymələrə inteqrasiya olunmuş elektrik alışdırma (avtomat podjoq) sayəsində kibritsiz və sürətli alovlanma mümkündür.
Soba bölməsi qaz alt qızdırıcı və üst qaz qril ilə təchiz edilib; motorlu fırlanan şampur (şiş) bütöv toyuq və kabablar üçün əlverişlidir. Daxili qaz-kontrol sistemi alov sönərsə qaz axınını dərhal kəsir. Mexaniki səsli taymer vaxtın idarəsini asanlaşdırır, daxili işıqlandırma bişirmə prosesini aydın göstərir. Alt hissədə qab-qacaq üçün rahat siyirmə paneli mövcuddur.
Xüsusiyyətlər:
- Brend: GEFEST
- Model: 6100-02 0183 / 6100-02 C183
- Tip: Solo döşəməüstü qaz plitəsi və sobası
- Ölçülər: 60 x 60 x 85 sm
- Səth: Yüksək keyfiyyətli, istiyə davamlı qəhvəyi emal
- Ocaq: 4 qaz gözü, fərqli güclər
- Barmaqlıqlar: Sürüşməyən, dözümlü çuqun
- Alışdırma: Düyməyə inteqrasiya olunmuş şunurlu elektrik alışdırma
- Soba funksiyaları: Qaz alt qızdırıcı, üst qaz qril, avtomatik fırlanan şampur
- Təhlükəsizlik və rahatlıq: Qaz-kontrol sistemi, mexaniki səsli taymer, daxili işıqlandırma, alt hissədə qab şkafı
- İdarəetmə: Mexaniki fırlanan tutacaqlar
Qiymət: 740