Prayk

Gəlmə Turizim üzrə Tur Menecer

1 000 ₼
Verified4 days ago
City
Bakı
Date
Views
16
Number
№4831767

Description

Vakansiya: Gəlmə turizm üzrə Menecer / Tur Operator ERA TRAVEL DMC Azerbaijan komandamızı genişləndiririk! Turizm sahəsində karyera qurmaq, peşəkar bacarıqlarını inkişaf etdirmək və beynəlxalq tərəfdaşlarla işləmək istəyən məsuliyyətli namizədləri komandamıza dəvət edirik. Müraciət qaydası Şəkilli CV-nizi [email protected] ünvanına göndərin. Məktubun mövzu hissəsində müraciət etdiyiniz vəzifəni qeyd edin: “Gəlmə turizm üzrə Menecer” “Gəlmə turizm üzrə Tur Operator” Yalnız ciddi namizədlərin müraciət etməsi xahiş olunur. Əlaqə nömrənizin aktiv olmasına və zənglərə cavab verməyinizə diqqət yetirin. Əlaqə: +994 50 70 282 02 11 / +994 50 561 44 11 ERA TRAVEL — Peşəkarlığını inkişaf etdir, karyeranı bizimlə qur! Tələblər: Turizm sahəsində minimum 3 il təcrübəsi; İngilis və rus dillərini yazılı və şifahi formada yaxşı bilmək; Ünsiyyət, təşkilatçılıq və işgüzar yazışma bacarığı; Məsuliyyətli, diqqətli və komandada işləməyi bacaran olmaq. Vəzifə öhdəlikləri: Fərdi və qrup turlarının hazırlanması və təşkili; Yerli və xarici tərəfdaşlarla işgüzar əlaqələrin qurulması; Müştəri sorğularının operativ cavablandırılması və qiymət təkliflərinin hazırlanması; Otel, transfer və digər turizm xidmətlərinin koordinasiyası; Satış prosesinin izlənilməsi və hesabatların hazırlanması. İş haqqında: Biz nə təklif edirik? Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun əmək müqaviləsinin bağlanması; Normativ tələblərə uyğun iş rejimi; Bilik və bacarıqlara uyğun, qarşılıqlı razılaşma əsasında müəyyən edilən əməkhaqqı; Nəticələrə əsaslanan bonus və əlavə həvəsləndirici mükafatlar; Karyera yüksəlişi və peşəkar inkişaf imkanları; Dinamik və peşəkar komandada çalışma fürsəti. Maaş: 1000-1500 AZN Yaş: 23-40 Təhsil: Ali İş təcrübəsi: 3 ildən 5 ilə qədər

© ERA TRAVEL LLC boss.az — The text, photos and other materials of this listing belong to their rights holders.

The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.

ADVERTISEMENT
WhatsApp