

Giorgio Armani Armani Prive Rouge Malachite 100 ml
Description
Qırmızı malaxit daşı qədim Misir, Yunanıstan və Romada da müqəddəs hesab olunur, eləcə də rus folklorunda tez-tez hallanır. Bu daşın qoruyucu amulet xüsusiyyətlərini daşıması hesab olunur və bu səbəbdən rus çarları tərəfindən yüksək qiymətləndirilirdi. Tarixi mənbələrdə qeyd olunur ki, X əsrin sonlarında malaxit daşı çarın şəxsi otaqlarda əvəzolunmaz və mütləq dekor hissəsinə çevrilmişdir. Məhz bu daşın adı bir çox nağıllar və əfsanələrdə dəfələrlə hallanır. Malaxit daşının ikitərəfli xarakterini də qeyd etmək lazımdır: bərk və eyni zamanda kövrək. Məhz Qırmızı Malaxit yeni Giorgio Armani Rouge Malachite parfümünün adı olmuşdur.
Rouge Malachite ətrində əsas rolu şəhvani və günəşli tuberoza oynayır. Bu hissolunan akkord güc və eyni zamanda yumşaqlığı təcəssüm edir və parfümün dəbdəbə dolu notlarından biridir. Tuberoza bir çoxlarına retro qoxuları xatırlardığı üçün Rouge Malachite ətrinə onu çox təravətli və gözlənilməz şəkildə əlavə ediblər. Ətirin qoxusu kontrast doludur: Rouge Malachite kompozisiyasında tuberozanı ağac və benzoin notları əhatə edir. Eləcə də, Armani Prive Rouge Malachite parfümünün tərkibinə portağal çiçəyi, ilanq-İlanq, jasmin sambak notları əlavə olunmuşdur.
Listing source
Open the original listing© larose.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.




