
Bakı3
Gömrük İşləri üzrə Aparıcı Mütəxəssis
Gömrük İşləri üzrə Aparıcı Mütəxəssis
Negotiable
VerifiedToday
CityBakı
Date
Views3
Number№5849699
Description
Əsas tələblər:
Gömrük işi (mütəxəssis) sahəsində minimum 1-3 il iş təcrübəsi;
Gömrük Bəyannaməçisi (mütəxəssis) ixtisas sertifikatının olması (mütləqdir);
Azərbaycan Respublikasının gömrük qanunvericiliyi və gömrük prosedurları üzrə yaxşı biliklər;
Elektron gömrük sistemləri ilə işləmək bacarığı;
Məsuliyyətli, operativ və analitik düşüncə tərzinə malik olmaq.
Vəzifə öhdəlikləri:
Gömrük prosedurları üzrə bəyannamələrin tərtib olunması və rəsmiləşdirilməsi;
Gömrük bəyannamələrinin qanunvericiliyin tələblərinə uyğun hazırlanması və təqdim edilməsi;
Mənşə, uyğunluq və digər icazə sənədlərinin əldə olunması prosesinin idarə edilməsi;
Dövlət qurumları ilə rəsmi yazışmaların və müraciətlərin hazırlanması;
HS kodlarının düzgün müəyyənləşdirilməsi, gömrük prosedurları üzrə gömrük ödənişlərinin hesablanması və peşəkar dəstəyin göstərilməsi;
Gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra müvafiq sənədlərin hesab-fakturanın (invoice) hazırlanması və kəsilməsi üçün mühasibatlıq şöbəsinə təhvil verilməsi;
İş şəraiti və saatları:
Tam ştatlı iş qrafiki: Bazar ertəsi - Cümə, saat 09:00-dan 18:00-dək; Şənbə günü saat 10:00-dan 13:00-dək;
Rəqabətədavamlı əmək haqqı (namizədin bilik və təcrübəsindən asılı olaraq);
Peşəkar komanda ilə iş birliyi, maliyyə və karyera yüksəlişi üçün şərait (hər şey sizin performansınızdan asılıdır).
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə və mövzu hissəsində "Gömrük İşləri üzrə Aparıcı Mütəxəssis" qeyd edə bilərlər.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/205096/gomruk-isleri-uzre-aparici-mutexessis
ADVERTISEMENT






